Son dəfə “O səs Türkiyə”də rol alan və ötən həftələrdə anası Müjgan Bilgini koronavirusa görə itirdiyi üçün çətin anlar yaşayan türkiyəli müğənni Ebru Gündeş səhnəyə çıxış qiyməti ilə gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin iddia etdiyi məbləği eşidənləri heyrətə gətirib.
Belə ki, sənətçinin səhnə təkliflərindən 100 min dollar (təxminən 170 min manat) istədiyi iddia edilib.
Dubaya tez-tez şəxsi təyyarə ilə getdiyi öyrənilən Gündeşin qonorarının yarısını nəğd, yarısını isə səhnəsini bitirdikdən sonra aldığı deyilir.