Türkiyəli tanınmış müğənni Ebru Gündeşin iraqlı sevgilisi Rassan Xoşnav ona 2 milyon dollarlıq evlilik təklifi edib. Uzun müddətdir aralarındakı yaş fərqinə görə gündəmdən düşməyən sevgililər münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər.
28 yaşlı Rassan 47 yaşlı Ebru Gündeşə 1,8 milyon dollarlıq brilliant üzüklə evlilik təklifi edib. Ebru Gündeş bu cəlbedici təklifə “hə” cavabı verib.
Ebru Gündəş evlilik təklifini Dubayda, məşhur “Burj əl Arab” otelinin ən yüksək mərtəbəsində alıb. Ən şık restoranın terasında helikopterlə italiyadan gətirilən ünlü pianoçu qadın Ebru üçün romantik musiqi səsləndirib, Rassan üzüyü çıxararaq, diz çöküb və “mənimlə evlənərsənmi?” deyə soruşub. Ebru Gündeş göz yaşları içərisində təklifi qəbul edib.
Verilən məlumata görə, sıx-sıx Dubaya gedib gələn Ebru Gündeş evləndikdən sonra Dubayda yaşayacaq. Toy vaxtı hələ bəlli deyil.