Azərbaycanda da çox izlənən Türkiyənin sosial media fenomeni Dilan Polatla bağlı yeni xəbər var.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Dilan Polat həbsxanada əri ilə telefonla danışarkən “ belə davam edərsə, intihar edəcəm” deyib.
Telefon danışıqları qeydə alındığı üçün Dilan Polata nəzarət artırılıb.
Dilan Polatın həsdəki bacısı Sıladan ayrılıb Silivri həbsxanasından başqa bir yerə köçürülməsi məsələsi gündəmdədir. Bu xəbər də Dilan Polatı sarsıdıb. Vəkili Dilan Polatın intihar edəcəyini bildirdikdən sonra ona qarşı nəzarət artırılıb. Vəkilin Dilanın köçürülməsi məsələsinin təxirə salınması üçün müraciət edəcəyi bildirilib.
Qeyd edək ki, Dilan Polat, həyat yoldaşı Engin Polat da daxil olmaqla saxlanılmış 18 ailə üzvündən 12-si həbs edilib.
Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.
Dilan Polat 4 il əvvələ qədər doğum proseslərində fotoqrafçılıq etməklə tanınıb. Həyat yoldaşı Engin Polat isə kiçik inşaat işləri görüb. Ailə 4 il ərzində Türkiyə və dünyada 130 şöbəsi olduğu deyilən gözəllik mərkəzi seti yaradıb.
Onların Bakıda da gözəllik mərkəzi fəaliyyət göstərir.