Damlanın oxuduğu toyda  BU KİŞİ  atəş açıb –  HƏBS ETDİLƏR   -  YENİLƏNİB
12 aprel 2021 17:42 (UTC +04:00)

Damlanın oxuduğu toyda BU KİŞİ atəş açıb – HƏBS ETDİLƏR - YENİLƏNİB

Sankt-Peterburq şəhərində azərbaycanlıların restoranda keçirdiyi toy mərasimə polislərin basqın etməsi ilə bağlı xəbər vermişdik.

Lent.az müğənni Damlanın da iştirak etdiyi məclisdə baş verən hadisə barədə bəzi təfərrüatları əldə edib.

Məlum olub  ki, atəş açan şəxs tikinti şirkətinin rəhbəri, 34 yaşlı Şaiq Xürrəm oğlu Məmmədov olub. O, 8 dəfə atəş açıb. Polislər onun evində axtarış aparan zaman 2 ov tüfəngi (“Vepr”,  “Banelli”) tapıb. Barəsində Sankt-Peterburq şəhəri, Krasnoselsk rayon məhkəməsində onun barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

Lent.az-ın əməkdaşı daha sonra "Zolotoy dvor" restoranı ilə əlaqə saxlayıb. Restorandan əməkdaşımıza bildirilib ki, hadisə Azərbaycan diasporunun liderlərindən birinin övladının toyunda baş verib. Atışma restoranda yox, yolda olub. Restorana Rusiya Qvardiyası və "OMON" əməkdaşları gəlib və bir neçə nəfər saxlanılıb, digər şəxslər sərbəst buraxılsa da,  Ş.Məmmədov həbs edilib.  

***

15:34

Müğənni Damlanın başına iş gəlib.  

Lent.az-ın məlumatına görə, ifaçı Sankt-Peterburq şəhərində azərbaycanlıların keçirdiyi toy mərasimində iştirak edən zaman içəri polis basqın edib. Bu barədə Damlanın prodüseri Şamil sosial şəbəkədə yazıb.

O, bildirib ki, "Zolotoy dvor" şadlıq evində məclisə gələnlər saxlanılıb. Buna səbəb yeni evlənənlərin şərəfinə toy sahiblərinin havaya atəş açması olub.

 

Müğənni Damla toyda oxudu, polis qasqın etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16878
avatar

Yalçın UĞUR

Oxşar yazılar