Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs edilib.