Cavanşir Məmmədov bəzi jurnalistləri  HƏDƏLƏDİ  :  "Sən kimsən?"  - CAVAB GƏLDİ - VİDEO
04 noyabr 2022 14:05 (UTC +04:00)

Cavanşir Məmmədov bəzi jurnalistləri HƏDƏLƏDİ : "Sən kimsən?" - CAVAB GƏLDİ - VİDEO

"Jurnalist zəng edir, yalvar-yapış edib deyir ki, Cavanşir müəllim, bilirəm, müsahibə vermirsiniz. Xahiş edir, 36 dəqiqə mənim ilə danışır. Elə-belə söhbət edirik ey, deyirəm ki, mən müsahibə vermək istəmirəm. 36 dəqiqə adam adamla söhbət edər? Onun danışığını mən də yazıram, o da yazır"

Lent.az xəbər verir ki, bu sözləri müğənni Cavanşir Məmmədov "Xəbər ətər" verilişində deyib. O, bəzi jurnalistləri qınayıb:

"Jurnalist deyir ki, məqaləni yayımlamamış sizə göndərəcəyəm. Adı da Xalidə xanımdır. Məndən xəbərsiz məqaləni yayımlayır. Niyə göndərmədiniz? Elə şeylər yazırlar ki, Aygün Kazımova haqqında yazır, ay bala, mənim onunla nə işim var? Mənim Firuzə İbadova ilə işim var. Mən Jurnalistlər İttifaqının sədri Elçin Şıxlıya müraciət edirəm: Elçin müəllim, bunları bir yoxlamaq lazımdır ki, görək, bunların jurnalist vəsiqələri haradan, necə gəlir? Harada oxuyublar? Bunların savadları nə dərəcədədir?

Bir cavan qız mənimlə danışır, sualına düzgün cavab verirəm. Telefonu söndürür. Sən kimsən telefonu üzümə bağlayırsan? Sən özün zəng etmisən, sual vermisən, cavabını eşit də. Jurnalistikaya diqqətimiz, hörmətimiz var. Ancaq olmaz. Bir də belə səhvlər etsəniz, məhkəmədə təzminat ödəyəcəksiniz, ya da işdən azad olunacaqsınız".

İfaçının dedikləri barədə jurnalist Xalidə Gərayla əlaqə saxladıq. O, Lent.az-a bildirdi ki, müsahibə deyil, açıqlama alırdı və müğənni onunla çox danışıb:

"Müğənni Cavanşir Məmmədova sual verdim ki, həmkarınız, Xalq artisti Könül Xasıyevanın müraciətinə reaksiya verib yardım göstərmək fikriniz varmı? Çünki bir neçə il öncə toy mərasimində Könül Xasıyevanın ovcuna pul basan sənətçilərdən biri də Cavanşir Məmmədov idi. Müğənni isə bildirdi ki, Könül xanıma dövlət hər cür yardım edib, ev, fəxri ad verib. Özü isə uzun illərdir ki, fəxri ada layiq görülmür və sairə. Daha sonra fəxri ad alanları tənqid etdi və birbaşa keçdi Xalq artisti Aygün Kazımova barəsində gileylənməyə. Bu barədə səs yazısı var. Əsl məhkəmə predmetini özü yaradıb efirdə nüfuzuma, peşəmə xələl gətirməyə çalışır. 

Bir daha qeyd edirəm, səs yazısı var, qanun tələb etdiyi anda onu təqdim edə bilərəm. Bəzi müğənnilər fürsətdən istifadə edib media orqanlarının nümayəndələrini tənqid və yaxud təhdid etmək əvəzinə, verdikləri açıqlamaların arxasında dayansınlar. Görünür ki, verdiyi açıqlama sonradan Cavanşir Məmmədovun dediyi kimi ona "problem" yaradıb. Bu, jurnalistin deyil, onun özünün problemidir".

Cavanşir Məmmədov bəzi jurnalistləri hədələdi

# 5124
avatar

Nigar Namiq

Oxşar yazılar