Çağla Şikelin “Altın kelebek” mükafatlandırma gecəsində geyindiyi libası müzakirələrə səbəb olub.
Lent.az-ın xəbərinə görə, onun beli açıq, qızılı rəngli libasının altından qabırğalarının görünməsi izləyiciləri tərəfindən xoş qarşılanmayıb. Sosial şəbəkədə Çağlanın görünüşünün zərif olduğunu deyənlərə qarşı fikirlər səslənib.
“Qarnı aclıqdan şişmiş afrikalı xəstə uşaqlara bənzəyir”, "qabırğaları görünür”, “çirkin görüntüdür, çox arıqdır” şəklində şərhlər yazılıb.