Aktyor Bred Pitt baş rol aldığı "Formula-1" filminin dünya premyerasında sevgilisi İnes de Ramon ilə birlikdə iştirak edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, cütlüyün fotokollda ilk birgə çıxışı olub, baxmayaraq ki, onlar artıq 2022-ci ildən bəri birlikdədirlər.
Tədbir Nyu-Yorkun Tayms Skver meydanında keçirilib. Bred fotoqrafların qarşısına tünd göy rəngli, iki cərgəli düymələri olan şıq kostyumda çıxıb, onu açıq rəngli köynək və tünd rəngli ayaqqabılarla tamamlayıb.
![]()
İnes isə ağ rəngdə bir dəst geyinib — dekolteli və halterli tünik, onu uzun, tük və daş-qaşla bəzədilmiş ətəklə uyğunlaşdırıb. Əlində qızılı saplı Chanel markalı kiçik çanta tutub.
Gözəlin görünüşünü makiyaj, yığılmış saç düzümü, bir neçə zinət əşyası və ətəyindəki kontrast qara kəmər tamamlayıb.
![]()
Cütlük artıq bir müddətdir ki, Nyu-Yorkda vaxt keçirir və bir neçə dəfə paparassilərin hədəfinə düşüb. Pitt və sevgilisi İnes dəfələrlə restorana gedərkən və ya görüşə çıxarkən görüntüləniblər.