Azərbaycanlı bloger   taksi sürücüsünə niyə  maşın   hədiyyə etdi? -  VİDEO
25 noyabr 2021 14:01 (UTC +04:00)

Azərbaycanlı bloger taksi sürücüsünə niyə maşın hədiyyə etdi? - VİDEO

Rusiyada tanınmış azərbaycanlı bloger Hüseyn Həsənov onu pulsuz ünvana çatdıran taksi sürücüsünə maşın hədiyyə edib. 

Lent.az-ın məlumatına görə, bloger bu barədə öz şəxsi “Instagram” hesabında paylaşım edib. 

O, Moskvada bir neçə taksiyə yaxınlaşıb və pulqabısını evdə unutduğunu bildirib. Təcili bir ünvana getməli olduğunu deyib. Bəzi sürücülər bundan imtina etsə də, yalnız biri razılaşıb. 

Taksiyə əyləşən Hüseyn yol boyunca sürücü ilə söhbət edib. Həmin adam Qırğızıstandan gəldiyini, çox borcunun və hətta qızının əməliyyatı üçün xeyli pula ehtiyacının olduğunu söyləyib. 

İstədiyi yerə çatan bloger mağazaya girərək sürücüyə “KIA” markalı bir avtomobil alıb. O, elə yerindəcə maşını onun adına keçirərək, hədiyyəni təqdim edib. 


 

# 4764
avatar

Sevinc Fərid

Oxşar yazılar