Azərbaycan əsilli   müğənni: “Atam  türmədə   idi, anam içirdi, məni...” - VİDEO
07 yanvar 2022 12:01 (UTC +04:00)

Azərbaycan əsilli müğənni: “Atam türmədə idi, anam içirdi, məni...” - VİDEO

Tanınmış rusiyalı müğənni Diana Ankudinova öz həyatından danışıb. 

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, müğənni bildirib ki, onun 11 qardaşı və 1 bacısı doğulan kimi ölüblər. Diana 12 uşaqdan sağ qalan yeganə övladdır. 

Müğənninin atası azərbaycanlı olub və uzun müddət həbsxanada yatıb. Anası isə Ussuriysk şəhərində ofisiant işləyib. 

Diana etiraf edib ki, anası içki düşkünü olub və tez-tez ona əl qaldırırmış. Bir dəfə isə Diananı avtobus dayanacağında atıb gedib. Bundan sonra onu uşaq evinə veriblər. 

Ankudinova uşaq vaxtı pəltək imiş. Amma sonradan onu başqa bir ailə övladlığa götürüb. Soyadını dəyişiblər. Onlar Diananın oxumağını məsləhət görüblər. Beləcə, onun dili açılıb və oxumağa başlayıb. Tale elə gətirib ki, hazırda Rusiyada estrada ulduzlarından birinə çevrilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13695
avatar

Sevinc Fərid

Oxşar yazılar