“Avroviziya” mahnı müsabiqəsinin qalibi Lorin mahnısını oxuyarkən nümayiş etdirdiyi uzun dırnaqlarının hansı məna daşıması barədə danışıb.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun dırnaqları daşdan olub və mahnısında sözü keçən od, torpaq, su ünsürlərindən birinin rəmzini daşıyıb.
“Səhnədə bu ünsürlərdən yalnız su yox idi. Mən tərlədim. Beləliklə hər ünsür səhnədə yerini almış oldu”, - o, zarafatla bildirib.
Loren müsabiqədə iki dəfə birinci yeri qazanan xanım müğənni olduğuna görə qürur hissi duyduğunu söyləyib.
“Əvvəl bu müsabiqəyə qayıtmaq istəmirdim. Sonra həvəsləndim. İlham gəlsə, yenə gələcəm”, - o deyib.
Lorin ilk dəfə 2012-ci ildə də Bakıda keçirilmiş “Avroviziya” müsabiqənin qalibi olmuşdu.