"Avroviziya 2024" mahnı müsabiqəsində bu il azərbaycanlı təmsilçilər muğam parçası da ifa edəcəklər.
Lent.az-ın xəbərinə görə, bu xəbəri təmsilçimiz Fahree (Fəxri İsmayıl) ilə birlikdə səhnəyə çıxacaq müğənni İlkin Dövlətov yayıb.
Sosial şəbəkə hesabında məlumatı paylaşan İlkin Dövlətov beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnıda muğam hissəsinini oxuyacaq.
"Avropa gözlə muğam gəlir", - İlkin bildirib.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Azərbaycan bu müsabiqəyə ilk dəfə qatılanda Elnur Hüseynovla duet oxuyan müğənni Samir Cavadzadə muğam parçası səsləndirmişdi.