Ancelina Colinin səhhəti  Bred Pittlə çəkişmələrdən sonra pisləşib
11 yanvar 2026 11:36 (UTC +04:00)

Ancelina Colinin səhhəti Bred Pittlə çəkişmələrdən sonra pisləşib

0

Aktrisanın uşaqları ona qayğı göstərir, emosional və fiziki dəstək verirlər

Ancelina Coli Bred Pittlə davam edən hüquqi mübarizələrdən əziyyət çəkir və vəziyyəti pisləşir. 

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, məşhurun uşaqları analarının əzablarını yüngülləşdirməyə çalışaraq, ona gecə-gündüz qulluq təşkil ediblər.

Hər bir uşaq müntəzəm olaraq aktrisanın yanında olur, ona emosional və fiziki dəstək verir. 24 yaşlı Meddoks, 22 yaşlı Paks, 20 yaşlı Zahara, 19 yaşlı Şaylo və 17 yaşlı əkizlər Noks və Viven analarına qayğı göstərməkdə fəal iştirak edərək, əsl sevgi və dəstək nümayiş etdirirlər.

Xatırladaq ki, boşanmaya Pittin alkoqol asılılığı səbəb olub. Boşanma rəsmi olaraq başa çatdıqdan sonra tərəflər birgə biznesləri olan Chateau Miraval şərab zavodu ilə bağlı hüquqi mübahisələrə davam ediblər.

Aktyor keçmiş həyat yoldaşını onun xəbəri olmadan gizli şəkildə biznesdəki payını satmaqda ittiham edərək məhkəməyə verib. Coli hazırda Los-Ancelesdəki malikanəsini satmağı düşünür.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar