“Altıma  araq şüşəsi qoyub   tabuta uzatdılar" - Aktrisa
24 yanvar 2024 20:33 (UTC +04:00)

“Altıma araq şüşəsi qoyub tabuta uzatdılar" - Aktrisa

Aktrisa Liza Moryak “Ustad və Marqarita” filminin çəkilişləri zamanı mistikaya inanmağa başladığını söyləyib.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o ölüm səhnəsinə çəkilərkən tabutda yatdığını və tabuta araq şüşəsi ilə girdiyini deyib.

"Ttabutda uzanmışdım. Aktyorlar arasında belə bir adət var: sənətkar tabutda uzanırsa, onun yastığının altına bir şüşə spirt qoyulur. Tabutda uzananda bir şüşə spirt gətirdilər, mən də onun üstünə uzandım. Əlamətlərə, mistikaya inanmasam da, bu filmdə inandım. Tabuta uzanıramsa, qoy araqla olsun, erkən ölmək, ölümü çağırmaq istəmədim. Çəkiliş günləri isə gözəl keçdi” , - Moryak xatırladıb.

Aktrisa bildirib ki, həmin səhnə lentə alındıqdan sonra arağı içib və sərxoş olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8523
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar