Afrikalının  “Yaşa Azərbaycan”   oxuması trendə çevrildi -  VİDEO
20 noyabr 2023 19:38 (UTC +04:00)

Afrikalının “Yaşa Azərbaycan” oxuması trendə çevrildi - VİDEO

Kamerundan olan Pyer Aydjonun adı artıq Azərbaycanda məşhurdur.

Lent.az-ın xəbərinə görə, müəllifi və ifaçısı Nurlan Ordubadlı olan “Yaşa Azərbaycan” mahnısını oxumaqla soydaşlarımızın rəğbətini qazanan Pyer artıq toylara da dəvət almağa başlayıb.

Bu mahnını oxumaqla müəllif  hüquqlarını pozsa da, Nurlan Ordubadlı Pyerə güzəşt edib. Çünki afrikalı Azərbaycanı çox sevdiyini deyib.

Qeyd edək ki, Nurlan bu mahnını oxumağı digər ifaçılara qadağan etmişdi.

19 ildir Dağıstanda yaşayan Pyer Bakıya köçüb və digər Azərbaycan mahnılarını da sevərək ifa edir.  

Onun ifasındakı “Yaşa Azərbaycan” mahnısı isə sosial şəbəkələrdə trendə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7377
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar