Qalmaqallı müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabından canlı yayım açaraq Tahir və Cabir İmanovlara söz atıb.
“Mənə daş atanlar əslində mənə heykəl qoyurlar. Məni xalqın gözündə daha da ucaldırlar. Tahir və Cabir İmanov qardaşları, sözüm sizədir, hünəriniz çatırsa, məni yox, alt paltarında efirə çıxan xalq artistlərini müzakirə edin.
“Mənim 44 təyyarə uçuşum var, bunların hamısı Rusiyanın müxtəlif bölgələrinə toy dəvətləridir, bizim azərbaycanlılarımızın məclisləridir, məni istəməsələr, çağırmazlar. Xalqım məni sevir”, - o bildirib.
Qeyd edək ki, Afət Fərmanqızı bu çıxışı İmanov qardaşlarının onun adını çəkərək tənqid etməsinə cavab olaraq səsləndirib.