61 yaşlı Xalq artisti 18 yaşlı qızla evlənir
17 iyun 2024 18:16 (UTC +04:00)

61 yaşlı Xalq artisti 18 yaşlı qızla evlənir

Rusiyanın  Xalq artisti, 61 yaşlı müğənni Qriqori Leps Moskva Dövlət Universitetinin tələbəsi, 18 yaşlı Avrora Kiba ilə evlənir.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Leps Kibaya bu yaxınlarda evlilik təklifi edib. Onların yaxın müddətdə toylarının olacağı gözlənilir.

Məlumatda bildirilib ki, musiqiçi gələcək xanımı ilə valideynləri vasitəsilə tanış olub və onların romantikası Avroranın anasının razılığı ilə başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Leps üç uşağı olan həyat yoldaşı Anna Şaplıkovadan boşanıb. Cültük 20 ildən çox bir yerdə yaşayıblar. Boşanmanın səbəbi isə musiqiçinin xəyanəti olub. O, özü də dəfələrlə evliliyinin dağılmasında günahkar olduğunu bildirib. Boşandıqdan sonra Leps özündən 40 yaş kiçik qızla münasibətdə olub, lakin mart ayında onların ayrıldığı məlum olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26403
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar