21 gün dayanmadan nağara çaldı  - İnanılmaz REKORD
29 noyabr 2024 18:14 (UTC +04:00)

21 gün dayanmadan nağara çaldı - İnanılmaz REKORD

Ən uzun solo konsert nə qədər davam edib? Bu konsertin insanlara şəfa məqsədilə verildiyini desək inanarsınız?

Lent.az bu barədə xarici KİV-ə istinadla məlumat verir. 

2009-cu ilin iyul ayında Hindistanda solo sənətçinin ən uzun çıxışı oldu. Musiqili marafon 501 saat davam edib.

Rekordun müəllifi Kuzhalmannam Ramakrishnandır. Qeyri-adi hadisənin keçirildiyi yer, qəribə də olsa, tibb müəssisəsi idi. Konsert Hindistanın Kerala əyalətinin Ottapalam kəndindəki xəstəxanalardan birinin ritm terapiya zalında baş tutub.

Kuzhalmannam Ramakrishnan 501 saat fasiləsiz nağara çalıb. Konsert 2009-cu il iyulun 5-də başlayıb və 21 gün sonra başa çatıb. Əlbəttə, Ginnesin Rekordlar Kitabının tərtibçiləri Ramakrişananın qeyri-adi nailiyyətinə diqqət yetirdilər.

Hindistan rəsmi olaraq eyni anda iki kateqoriya üzrə rekordçu kimi tanındı: "Solo sənətçinin ən uzun konserti" və "Əl nağaraları ilə ən uzun marafon".
Hər iki qeyd 15 ildir ki, aktuallığını qoruyub saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar