Skiffl-bum, Tred-bum və Londonda “Moskva gecələri”... – ARAŞDIRMA -
On yeddinci söhbət
Son söhbətimizdə sizə İngiltərə rokundan danışmışdıq, onun özünəməxsus cəhətlərini vurğulamışdıq. Bugünkü söhbətimiz də əslində həmin mövzunun davamıdır.
Əsl etnik musiqidən məhrum olan İngiltərə gəncləri həmin illərdə birbaşa zəngin caz ənənələrindən qaynaqlanan iki diqqətəlayiq üslubla maraqlanmağa başladılar. Bu üslublardan birincisi skiffl idi.
Skifflın tarixi iyirminci əsrin əvvəllərinə aparır. Onu Amerikanın yoxsul zənci məhəllələrində kəşf ediblər. İfaçılar əsl musiqi alətlərinin yerinə improvizə olunmuş alətlərdə maraqlı musiqi nümunələri yaradırdılar. Alət kimi ən gözlənilməz məişət əşyalarından istifadə olunurdu: içinə su doldurulmuş şüşə qablar, tənəkə konfet, çay qutuları, müxtəlif materiallardan hazırlanmış, müxtəlif ölçülü dolçalar, ağac parçaları, borular və sairə...
Skifflın nə olduğunu dəqiq anlamağınız üçün bir misal gətirim: bu yaxınlarda Euronews kanalı tamaşaçılarını rusiyalı gənclərdən ibarət maraqlı bir musiqi kollektivi ilə tanış edirdi. Onlar əsasən, son zamanlar santexnika təsisatlarında çox istifadə olunan plastik borularda orijinal musiqi yaradırdılar. Müxtəlif yerlərdə çalışan, müxtəlif sənət sahibi olan bu gənclər işdən sonra bir yerə toplaşaraq musiqi eksperimentləri aparır, öz ətraflarına yeni, istedadlı insanlar toplayırlar. Onların fəaliyyəti mətbuatın da diqqətini özünə cəlb edib. Həmin televiziya süjetindən bəlli oldu ki, qrup artıq ilk diski üzərində çalışır və bu yaxınlarda onu öz tamaşaçılarına təqdim edəcək. Kanalın bu musiqini yeni bir hadisə kimi təqdim etməsinə rəğmən, süjetdə illüstrasiya kimi təqdim olunan musiqi parçası da əslində iyirminci əsrin əvvəllərində yaranmış, sonralar dəfələrlə unudularaq yenidən parlayan skiffldən başqa bir şey deyildi...
Beləliklə, ötən əsrin lap əvvəllərində qaradərili cavanların imkansızlıqdan yaratdığı musiqi artıq iyirminci illərdə ağların arasında da populyar oldu. Əllinci illərin əvvəllərində isə skiffl tamam unudulmuşdu və yalnız ciddi caz araşdırıcıları bu terminin mənasını bilirdilər...
Skifflın intibahı ingiltərəli Lonnie Doneganla birbaşa bağlıdır. Onun "Rock İsland Line" mahnısı çox sadə, bəsit nümunə olsa da, qısa bir zamanda son dərəcə populyar oldu, Britaniya onluğuna düşdü. Ən maraqlısı isə budur ki, mahnı Amerika hit-paradlarında da yer aldı.
Bu hadisəni niyə maraqlı sayıram? Ona görə ki, həmin anadək yeni musiqinin hərəkət marşrutu daim birtərəfli - Amerikadan İngiltərəyə olub. Amma birdən-birə, okeanın o tayında "Presli ili" sayılan 1956-da İngiltərənin Qlazqo şəhərində yaşayan şotlandiyalı Amerika musiqisindən qaynaqlanan bir nümunəni elə Amerikanın özünə ixrac etməyə müvəffəq olur!
Doneqan bir göz qırpımında populyarlaşır, skiffl isə son dəbə çevrilir. Skifflın gözəlliyi onun sadəliyində, əlçatan olmağında idi: yeni musiqini kim desən, heç bir maliyyə vəsaiti sərf etmədən ifa edə bilərdi. Adi çay qutusunu ağzıaşağı çevir, tənəkə qutunun dibində bir deşik aç, bir süpürgə dəstəyini həmin deşikdə bərkit, bir gitara simini də süpürgənin dəstəyi ilə çay qutusuna birləşdir və yaratdığın skiffl-ansamblın bas aləti artıq hazırdır! Son dərəcə bəsit. Ritm tutmaq üçünsə camaşır taxtasından və adi akustik gitaradan istifadə olunurdu - cəmi üç sadə akkordun köməyiylə.
Skifflın əhəmiyyəti yeni musiqi üslubunun yaranmasında deyildi. Çünki onda yeni bir şey yox idi. Skiffl çox qısa müddət ayaqda durdu, Doneqanın özü isə müzik-holla keçdi. Amma bu üslub bütöv bir nəslin musiqi ilə maraqlanmasına səbəb oldu. Bu bir dalğa idi. Hər yerdə bir-birinin dalınca skiffl-qruplar yaranırdı. Onların əksəriyyəti qısa bir zamanda dağılsa da, bəziləri uzun müddət, inadla ayaqda qalırdılar. Bu qruplar tədricən sadə, akustik gitaraları elektrik gitarasıyla əvəzləməyə başladılar...
Skifflın şəxsən mənim üçün ən diqqətəlayiq cəhəti musiqi dünyasına dahi bir simanı - Con Vinsent Lennonu verməsidir. Məsələ bundadır ki, İngiltərədə yaranan skiffl-qruplardan biri də əfsanəvi "The Beatles"in yaradıcısı, dünya musiqi tarixində misilsiz yer tutan, yeni musiqidə Amerikanın qabaqcıl mövqeyini birdəfəlik sarsıdan, musiqi tarixində "İngilis ekspansiyası" adlanan əhəmiyyətli hadisənin səbəbkarı Lennonun həmin dövrdə yaratdığı "The Quarrymen" skiffl-bəndi idi...
İngiltərədə həmin dövrün ikinci populyar musiqi cərəyanını isə tred (ənənəvi caz) saymaq olar. Əllinci illərdə bu bəlkə də caza, xüsusilə də onun ənənəvi növlərinə - diksilend və Nyu-Orlean cazına maraq durmadan artırdı. Caz həmin dövrdə populyar olan bit-poeziya ilə, nüvə tərksilahı uğrunda mübarizə ilə çiyin-çiyinə inkişaf edirdi. Bir çox musiqi cərəyanları kimi, tred də işıqlı dünyaya zülmət zirzəmilərdən, sözün əsl mənasında yerin altından çıxdı. Həyatlarındakı bir çox şeylərlə razılaşmayan qəzəbli cavanlar müharibə əleyhinə nümayişlərdə onun ritmləri altında Oldmastondan Londonun mərkəzinə addımlayır, Monteqyu və Bolyenin aristokrat məhəllələrinə səpələnmiş yatacaq kisələrində aşkar əxlaqsızlıq edir, Temza ilə aşağı-yuxarı üzən gəmilərdə rəqs məclisləri düzəldirdilər.
Həyata maraqlarını xeyli qabaq itirmiş, artıq keçəlləşən, tənbəki və viski qoxuyan caz musiqiçiləri bu maraq dalğasında təzədən səliqəli kostyumlar geydilər, kondisionerli avtobuslar alaraq ölkəni gəzib böyük auditoriyalar qarşısında çıxışlarına başladılar.
Tred cərəyanının ilk hiti "Petite Fleur" ("Balaca çiçək"), 1959-cu ildə, Kris Barberin ifasında musiqisevərlərə təqdim olundu. 1960-cı ildə isə Mr. Acker Blik özünün "Paramount Jazz Band"i ilə peyda oldu. Onların bütün ansamblı qədimi panamalarda, zolaqlı jiletlərdə çıxış edirdilər. Sonra Kenny Ball gəldi. O məşhur filmlərdən musiqiləri götürüb hitlər yaradırdı.
Tredin şöhrət zirvəsi 1961-ci ilin qışına və 1962-ci ilin yazına təsadüf etdi. Həmin dövrdə Kenni Boll və Eyker Bilk iki əvəzsiz hitlə bazara girdilər: birincisi rusların "Moskva gecələri", ikincisi isə "Stranger On The Shore" ("Sahildə səyyah") səhnəyə gəldi. Onların hər ikisi Top onluğa düşdü, özü də Bilkin televiziya filmi üçün yazdığı mahnısı birinci, "Moskva gecələri" isə ikinci yerədək yüksəldi və hit-paradlarda düz 39 həftə qaldı. Həmin zamandan sonra isə nə Boll, nə Bilk Birləşmiş Ştatlarda öz mövqeyini möhkəmləndirə bilmədi...
Tred zirvəyə tez yüksəldiyi kimi, oranı tez də tərk etdi. İngiltərədə üfürülən bu sabun köpüyü elə birdən partladı. Tredi daha dayanıqlı biq-bit əvəz elədi və bu yeni cərəyan Amerikaya yalnız bir-neçə ildən sonra gəldi. Həmin bir-neçə il ərzində isə Birləşmiş Ştatlarda hələ də tin-pop dəbdəydi və şou-biznes konveyerindən bir-birinin dalınca yeni-yeni, səliqəli, sığallı "ulduzcuqlar", təzə rəqslər çıxırdı...

892