Qısa və bəsit ömür, keçmişin solğun surəti və “İngilis ekspansiyası” üçün zəmin – ARAŞDIRMA –
On altıncı söhbət
Ötən söhbətlərimizdə sizi rok-n-roll erasının dünyaya bəxş etdiyi diqqətəlayiq simalarıyla birbəbir tanış etməyə çalışdıq. Elə bilirəm ki, bu maraqlı mədəniyyət hadisəsinin qısa tarixində elə bir mühüm məqam qalmadı ki, ona toxunmamış olaq. Sonuncu söhbətimizdə bəhs etdiyim “The Platters” qrupu rok-n-roll dövrünün mənzərəsini əks etdirən tabloda sonuncu ştrix idi.
Beləliklə, Rok-n-Roll erası bitdi, Pop dövrü başlandı. Sırf kommersiya məqsədləriylə, yalnız pul qazanmaq üçün yaranan, gənclərə köklənmiş bu musiqi cərəyanı yaranışının ilk günündən bazara bir-birinə bənzər simalar buraxmağa başladı. Gözəllikdə kəpənəyə bənzəyən və elə kəpənək kimi qısa ömürlü “ulduzcuqlar” dövriyyəyə böyük hay-küylə girsə də, daha iri zaman kəsiyindən baxanda yadda qala bilmədi. Çünki yadda qalmaq üçün, pərəstiş obyektinə çevrilmək üçün yalnız oxuduğun mahnı deyil, həm də bənzərsiz imic, zəngin şəxsiyyəti formalaşdıran, onun təkrarolunmazlığını vurğulayan cəhətlər mühümdür.
Artıq rok-n-roll dövrünün təkrarolunmaz simaları ortada yox idi. Həmin dövr musiqisevərlərin yaddaşında beynin bütün hüceyrələrini tərpədən bir hadisə kimi yaşayırdı. Səhnə fəaliyyətini davam etdirənlərin isə pop dövrünün qanunlarına uymaqdan başqa çarəsi qalmamışdı...
Amma “Əlahəzrət rok-n-roll” “ölsə” də, üzərinə düşən tarixi missiyanı - beyinləri dəyişmək missiyasını yerinə yetirmiş və bununla gələcək söhbətlərimizdə birlikdə izləyəcəyimiz daha böyük musiqi hadisələrinə geniş yol açmışdı.
Əlbəttə, demək olmaz ki, rok-n-rolldan “The Beatles” qrupunun yaranışına qədər olan dövrdə yaranmış musiqinin hamısı dəyərsiz idi. Hərdən kifayət qədər maraqlı nümunələr də yaranırdı. Amma səhnəyə çıxan simaların yeknəsəqliyi yeni dalğa nümayəndələrinin ulduzlaşmasına əməlli-başlı mane olurdu. O dövrdə parlayan Frenki Evalona, Fabiana və ya Bobbi Ridellə nə böyük müğənni deyərdin, nə də ki, parlaq şəxsiyyət...
Onların bənzər cəhətləri yaman çox idi. Bu müğənnilərin hamısı Filadelfiyada, az qala elə eyni məhəllədə yaşayırdılar. Həmin dövr Amerika cavanlarının sevdiyi “American Bandstand” (“Amerika estradası”) proqramı da məhz onların məhəlləsindən efirə çıxırdı. Yuxarıda adını çəkdiyim müğənnilərin hamısı italiyalı mühacirlərin ailələrindən çıxmışdılar: Frenki Avalon - Fransis Avvalone; Fabian - Fabiano Forte Bonaparte; Bobbi Ridell - Robert Radarelli idi və onların hər biri həmin dövrün kişi gözəlliyi etalonuna tam uyğun gəlirdi. Onlar musiqidə bir zamanlar hakim olmuş, sonralar rok-n-roll tərəfindən taxtdan salınmış üslubun nümayəndələriydilər - yenidən dövriyyəyə buraxılmışdılar. Pop musiqinin gətirdiyi bu təzə simaları rok-n-rolla qədərki Frenk Sinatranın, Komonun, Din Martinin, Frenki Leynin yenilənmiş variantı saya bilərik. Amma bir mühüm cəhəti mütləq xatırlatmalıyıq: yeni dalğa bu nümayəndələri əvvəlkilərdən oxuya bilməmələri, vokal istedadlarının olmamasıyla fərqlənirdilər. Onları dahi Frenk Sinatranın solğun surəti saymaq olardı...
Şou-biznes industriyasının həmin illərdə Amerika cəmiyyətinə cidd-cəhdlə sırıdığı bu yeni musiqi əslində, qəlblərdə üzücü bir boşluq yaratmaqla, az sonra “İngilis ekspansiyası” adlandırılacaq böyük hadisə üçün zəmin yaratdı... Həmin dövrədək müasir musiqidə amerikalıların aparıcı rolu danılmaz idi. İngiltərə musiqisevərlərinin gözü də, qulağı da daim okeanın o tayında idi və Amerika rok-n-rollu bütün Avropada, xüsusilə də Böyük Britaniyada davamçılar, təqlidçilər ordusu yaratmışdı.
Fikir vermişəm ki, musiqi nəzəriyyəçiləri Avropa rok-n-rollunu heç vaxt ciddi hadisə hesab etmirlər və bu məsələdə yəqin haqlıdırlar. Çünki İngiltərə dünyaya bir dənə də olsa, əsl “rok-men” verməyib. Bunun səbəbi isə gün kimi aydındır. Rok-n-roll bənzərsiz Amerika mühitinin məhsuludur. Təbii ki, İngiltərədə zənci musiqi ənənələri ola bilməzdi. Rok-n-rollun isə dayaqlarından biri məhz zənci musiqisi idi. O ki, qaldı “kantri”yə - bu üslub öz kökünü ingilis kəndindən götürsə də, Amerikada o dərəcədə dəyişmiş, elə bənzərsiz cəhətlər kəsb etmişdi ki, artıq britaniyalıların qulağına tamam yad gəlirdi.
İngilis cavanları Amerika rok-n-rollu üçün dəli-divanə idilər. Bəzi rok ustaları Böyük Britaniyada elə bir zirvəyə yüksəlmişdilər ki, öz vətənlərində bu cür şöhrəti heç yuxuda belə görə bilməzdilər. Onların biri - Eddi Kohren barədə artıq danışmışıq. Başqa bir nümunə isə Cin Vinsentdir. O da müdhiş qəzada Eddi ilə bir maşında idi, amma təsadüfdən sağ qalmışdı. Cin Vinsentin Amerikada cəmi üç məşhur hiti vardı, amma sonradan populyarlığını itirmişdi. Çünki “Axsaq Cin” (müğənni orduda qulluq zamanı ayağını sındıraraq axsaq qalmışdı) səhnəni zəbt etmiş “gül kimi gözəl oğlanlar”a heç yaraşmırdı...
İngiltərədə isə onu tamam başqa tale gözləyirdi. Britaniya televiziyasının şou pionerlərindən olan Cek Qud Vinsentin “Be-Bop-A-Lula” hitini eşidən kimi, onu özünün “65 Specisl” proqramına dəvət edir və ilk görüşlərində əməlli-başlı şoka düşür: onun gözləri qarşısında mahnının yaratdığı cəsarətli, igid, dəliqanlı obrazının tam əksi durmuşdu - utancaq, son dərəcə nəzakətli bir centlmen. Cek təsəvvürlərində necə yanıldığını anlasa da, əl çəkmir, Vinsentə məhz oxuduğu mahnıdan yaranmış obrazı sırıyır. Oğlana dəri şalvar geyindirir, qaşlarını zəhmli bir tərzdə çatmaq öyrədir, möhkəm axsamağa məcbur edir və beləliklə, onu indiki satanistlərə daha çox yaraşan bir səhnə imicinə uyğunlaşdırır...
Cek Qud hər şeyi gözəl hesablamışdı və Con Vinsent Amerikada artıq unudulmasına rəğmən, həmin andan etibarən okeanın bu tayında misilsiz şöhrət qazanır. Bu uğurun əsas səbəbi isə o idi ki, Vinsentin yanında İngiltərənin rok-oğlanları günahsız quzu balasına bənzəyirdilər...
London şou-biznesi o zamanlar yaxşı bilirdi ki, cavanlara rok lazımdır. Əsl rokerlər - Amerika rokerləri isə Britaniya qastrollarına gec-gec gəlirdilər. Məsələn, ömrünün son on ilində ən çox ingilis pərəstişkarları tərəfindən sevilən Elvis Presli İngiltərədə heç çıxış etmədi. Odur ki, Britaniya şou-biznesi öz rok ulduzlarını yaratmalıydı, özü də lap təcili.
Belə ulduzlardan birincisi Tommy Steele oldu. 1956-cı ildə onun “Mağara adamı ilə rok”u hitə çevrildi. Bu hitin yeganə üstünlüyü onun ingilislər tərəfindən hazırlanması idi. Bu qeyri-adi bir hadisə idi, çünki o vaxtadək İngiltərədə lentə alınan nümunələrin hamısı yalnız Amerika rokunun solğun nüsxələrindən ibarət olurdu. İlk ingilis hitinin müəllifləri Tommi Stillə Layonel Bart olmuşdu. Onların hər ikisi mahiyyətcə rokdan uzaq adam idilər. Odur ki, az sonra onlar da profillərini dəyişərək, ailə filmləri üçün melodik mahnıların bəstəsinə başladılar...
Mətbuat o zamanın Britaniya rokerlərinin hansını dindirirdisə, arzularına toxunanda, eyni cavab alırdı: “Tamaşaçıları əyləndirmək istəyirəm, bir də ki, istəyirəm anam üçün qəşəng ev alam...” Qeyd etmək lazımdır ki, ilk ingilis rokerlərinin hamısı buna müvəffəq ola bilmişdi...
Sonra Kliff Riçard (Cliff Richard) gəldi və özüylə bir dənə əsl rok gətirdi – “Move İt”. Onu da ingilis yazmışdı. İlk hitindən sonra o da parlaq pop karyerası qurdu və 1958-1975-ci illər arasında “İyirmiliyə” girən 50 hiti ilə tanındı. 70-ci illərin ortalarında Kliff Riçard Amerika bazarına belə yol tapa bildi və orada çox uzun müddət qalmağa müvəffəq oldu...
Sonra Adam Feyt gəldi. Onun bircə dənə də rok-hiti yox idi. Lap əvvəldən italyansayağı popla məşğul oldu. Onun ən böyük arzusu əsl aktyor olmaq idi. Buna nail ola bilməsə də, 70-ci illərdə tanınmış prodüsserə və menecerə çevrildi...
Bütün bu ifaçılar arasında həqiqi rokun ruhuna yalnız Billi Füri (Billy Fury) yaxın idi. O xarici görünüş etibariylə çox gözəl idi, lap Elvisə oxşayırdı. Əslən Liverpul şəhərindən idi. Liverpul İngiltərənin yeganə şəhəri idi ki, dəniz sahilində yerləşdiyindən əhalisinin çoxunu dənizçi ailələri təşkil edirdi və okeanın o tayına mütəmadi səfərlər zənci musiqisi ilə də tanışlığa səbəb olmuşdu.
Füri yoxsul ailədən idi. Mahnılarının çoxunu elə özü yazırdı. Üstəlik səhnədə yaxşı hərəkət edir, rokun damarını gözəl tuturdu. Elə ilk mahnılarından başlayaraq, hit-paradların daimi sakininə çevrilmişdi. Onun səhnədəki şəhvani hərəkətləri cavanların diqqətini elə o dəqiqə cəlb etmişdi. Fürinin hətta bir albomu da çıxmışdı – “The Sound of Fury” və bu albom indi klassik rok, az qala rokabilli nümunəsi sayılır...
Amma onun da sonrakı taleyi özünü rokçu sayan bütün ingilislər kimi oldu: son dəbli dar kostyum geyib bit-balladalar oxumağa başlayaraq rokdan uzaqlaşdı. Amma ədalət naminə qeyd etməliyik ki, Fürinin roku başqalarınınkından çox fərqli idi və səhhəti ona imkan versəydi bəlkə də elə roker olaraq qalacaqdı...
İngilis rok-n-rollunun çox qısa və bəsit tarixi də bununla bitir...
Hərdən adam bir sual qarşısında lap mat qalır: necə oldu ki, ingilislər belə bəsit tarixçə ilə Amerikanın musiqi dünyasını tamam zəbt edə bildilər? Kimsə bu sualın cavabını dəqiq bildiyinə iddia edə bilməz, amma “İngilis ekspansiyası” adı ilə tanınan dövr həqiqətən olub və gələcək söhbətlərimizdə siz bunun şahidinə çevriləcəksiniz...

929