Bəxtsiz cavanın 13-cü yeri, şizofreniya... və təyyarə qəzası – ARAŞDIRMA –
On üçüncü söhbət
1959-cu ildə Eddi Kohrenin oxuduğu, dicey Tommi Dinin təyyarə qəzasında həlak olan musiqiçilərə həsr etdiyi “Üç ulduz” mahnısı haqda sizə danışmışam. Həmin musiqiçilərdən biri Kohrenin dostu idi və müğənni “Baddi Holli, mən səni daim gözüyaşlı xatırlayacam” - deyəndə, yəqin ki, səmimi idi və heç ağlına da gəlməzdi ki, heç bir il çəkməyəcək, avtomobil qəzasında özü də həlak olacaq...
Sən kimsən, Baddi?
Baddi Holli rok-n-rollun pionerlərindən idi. Səhnə uğuru cəmi bir il yarım davam etsə də, musiqi tənqidçisi Brüs Eder onun şəxsiyyətindən söz açarkən Hollini “rok-n-rollun ilk dövrünün ən nüfuzlu yaradıcı gücü” adlandırır. Onun səhnəyə gətirdiyi yeniliklər musiqiçilərin növbəti nəslindən olan “The Beatles”, “The Beach Boys”, “The Rolling Stones” kimi məşhur qrupların, Bob Dilan kimi ifaçıların üslubuna möhkəm təsir edərək, pop-musiqinin gələcək inkişafına güclü təkan oldu. “Rolling Stone” jurnalı 2004-cü ildə “Bütün zamanların ən dahi artistləri” adlandırdığı siyahıda Baddi Holliyə 13-cü yeri verdi.
Pərəstişkarları o vaxt çoxdan haqq dünyasında olan Kohreni ağlamalı mahnıya görə başa düşməmişdi, amma 1959-cu ildə çoxları bu qəfil itkiyə sarsılmışdı. Çünki Baddi Holli rok-n-rol tarixinin özünəməxsus fiqurlarındandır. Onun bu tarixdə rolu ikibaşlıdır desək, yanılmarıq. O bir tərəfdən roku yumşaltmaqla, hamarlamaqla onun ən qatı əleyhdarlarını belə tərksilah edir, digər tərəfdən də şəkildən-şəklə düşən musiqinin duzsuzluğa yuvarlanmasının qarğısını alırdı. Onun səsi həmişə çoxlarından fərqli olaraq, ön planda, musiqi müşayiəti isə harada olmalıdırsa, orda - arxa planda idi. Hollinin başqa rokçularla müqayisədə daha bir üstünlüyü vardı: onun tələffüzü çox təmiz, aydın idi və onun oxuduğu mahnıların sözlərini anlamaq, məsələn Elvisin sözlərini anlamaqdan qat-qat asan idi. O da gənclərin iztirablarından oxuyurdu, amma ilk rok-n-roll şairi Çak Berriyə nisbətən daha təmkinliydi. Baddi Holli o dərəcədə sığallıydı ki, əgər ifasındakı aşkar rok elementləri olmasaydı, onun oxuduqlarını daha çox kommersiya popuna aid etmək olardı.
* * *
Baddi Holli (əsl adı Çarlz Hardin Holli) 1936-cı ilin 7 sentyabrında - Amerikada böyük bayramlardan biri sayılan Əmək günü Texasın Lübbok şəhərciyində dünyaya gəlib. Valideynləri Lorens Odell Holli və Ella Paulina Dreyk olub. Onların ailəsi musiqi ilə çox maraqlanırdı və oğlan hələ balacalıqdan fortepiano, gitara, skripka çalmaq öyrənir. Ailələrində onu Baddi (danışıq dilində dost) çağırırdılar. Sonralar yoldaşları da onu bu adla tanıdılar...
Yaşıdlarının çoxu kimi, əvvəlcə kantri musiqisi ilə maraqlanıb, amma kimsə deyə bilməz ki, o həm də qaradərililərin musiqisinə biganə olmayıb. O həmin illərdə bütün cavanların beynini işğal edən blüzlə də maraqlanmırdı.
1949-cu ildə Baddi musiqi mağazasında işləyən dostundan götürdüyü maqnitofonla ilk səsyazma təcrübələrini aparırdı...
Həmin ilin payızında Hatçinston Ali Yeniyetmələr Məktəbində Bob Monthomeri ilə tanış olur. Musiqi ilə yatıb musiqi ilə duran iki yeniyetmə maraq dairələrinin tam üst-üstə düşdüyünü dərk etdiyindən tezliklə "Baddi və Bob" qrupu yaradırlar. İlk-əvvəl məktəblərinin tədbirlərində, yerli klublarda duet şəklində çıxışlara başlayırlar. Bundan savayı Baddi həm də Labbok Ali məktəbinin xorunda oxuyurdu.
Rok-n-rolla onu Elvis gətirdi
Baddi Hollinin rok-n-rolla tanışlığı 1955-ci ildə, Elvis Preslinin Labbokdakı konsertində baş tutdu. Oktyabrın 15-də isə Elvislə bir şouda şəxsən tanış oldu, Bill Heylinin konsertinin birinci yarısında səhnəyə çıxdı. Həmin konsertin təşkilatçısı Eddi Krendell idi - Marti Robbinsin meneceri və nəticədə Baddi Decca Records səsyazma studiyasının əməkdaşlarıyla tanış oldu.
Decca studiyası
8 fevral 1956-cı ildə Decca səsyazma studiyası onunla əməkdaşlıq müqaviləsi bağlayır, amma Hollinin orda yazdırdığı ənənəvi musiqilər uğurlu alınmır. Görünür artıq o vaxt bütün səsyazma studiyalarını altına almış rok-n-rol tufanı Deccadan da yan ötməmişdi və studiyanın prodüsserləri yeni musiqinin ulduzunu axtararkən növbəti ortabab “kənd” ifaçısına bir o qədər də diqqət ayıra bilməmişdilər.
Studiyada yazdırdığı, sinql olaraq seçilmiş ilk mahnılar “Blue Days, Black Nights” və “Modern Don Juan” dinləyicilərin diqqətini çəkmədi. Bütün bunları görən Baddi Hollinin bu studiya ilə münasibətlərinə vaxtından əvvəl son qoymaqdan başqa çarəsi qalmır. Adətən bu qəbil əməkdaşlıq müqavilələrini birtərəfli qaydada pozmaq bu addımın təşəbbüskarına baha başa gəlir. Amma Decca Baddidən o qədər bədgüman idi ki, müğənninin ayrılmaq istəyi onların da ürəyindən olur və bu pozuluşma studiya rəhbərliyinin sükutundan savayı heç bir reaksiya doğurmur. Bu ayrılmada müğənni öz üzərinə bircə öhdəlik götürür: Deccanın dinləticilərə təqdim etdiyi həmin o iki mahnını beş il ərzində başqa studiyada yazdırmamaq...
Nə istədiyini bilən oğlan
Baddi Holli isə qısa bir çaşqınlıqdan sonra özünü toparlayıb köhnə dostlarını ətrafına yığır, “The Crickets” qrupunu yaradıb Nyu-Meksika ştatının Klovis şəhərindəki kiçik bir studiyanı icarəyə götürərək musiqi eksperimentlərinə başlayır. Studiyanın sahibi Norman Petti çox qısa bir zamanda dərk edir ki, Baddinin də kündəsi elə Elvisin xəmirindəndir. Və bunu anlayan kimi də vəziyyətə uyğun hərəkət eləməyə başlayır - oğlana eyni mahnını oxudaraq Elvisin nərildədiyi məqamlarda içini çəkməsini tapşırır! Məhz bu element az sonra Baddi Hollinin fərqlənmə nişanına çevrilir, onun səhnə obrazına riqqətləndirici bir inamsızlıq bəxş etdi və tamaşaçıların gözlərini yaşardan bu inamsızlığın fonunda oxuduğu mahnıların sözlərindəki ortabab həyasızlıq müğənniyə “çaşqın oğlan” imici verir. Onun xarici görünüşü də bu imicə xidmət edirdi: yekə optik eynək onu utancaq, çaşqın tələbəyə bənzədir, əyninə geydiyi klassik biçimli kostyumlar isə müşayiət edən musiqiçilərin parıltılı köynəkləriylə bir təzad təşkil edərək müğənniyə qarşı marağı bir az da qızışdırırdı.
Supermen ədəbiyyat müəllimi
Baddi Hollinin çox təzadlı bir fiqur olduğunu Petti tez başa düşdü. Bir tərəfdən özündənrazı “Supermen” digər tərəfdən isə utancaq, çaşqın ədəbiyyat müəlliminə bənzər birisi... Prodüsser bir qədər düşünüb daşınandan sonra bir naturada mövcud olan ziddiyyətdən kommersiya uğuru çıxarmağın yolunu tapdı: müğənninin mahnılarını iki müxtəlif ad və marka altında buraxmaq qərarına gəldi. Mahnıların Brunswick etiketi altında çıxan birinci yarısını “The Crickets” (“İşıldaquşlar”) qrupu təqdim edirdi (tərkibi tez-tez dəyişsə də, qrupun sabit özəyi Sonny Curtis və Jerry Allisondan ibarət idi) və beş mahnıdan ibarət idi. İkinci qrupda isə altı mahnı vardı və bu disk Coral etiketi altında çıxdı. Yəqin oxucularımız başa düşür ki, mahnılar elə Baddi Hollinin ikibaşlı səhnə obrazına əsasən bölünmüşdü. Petti düşünürdü ki, hər iki disk uğurlu alınıb və musiqi həvəskarlarının iki müxtəlif qrupunun marağını doğuraraq ortabab satış göstəricilərinə yetişəcək...
Oh Boy
Amma hər iki qrupun belə hərarətlə qarşılanacağını və 1957-ci Baddi Hollinin hər iki repertuarının qızıl disk elan olunacağına heç inanmazdı. Hələ bu azmış kimi, disklərdəki mahnılardan biri – “Oh Boy” üstəlik hit-paradlara da düşdü, “That ll Be The Day” isə Baddinin milyonluq tiraj yığan ilk mahnısı oldu. Mahnı mağazalarda ən yaxşı satılan nümunələr arasında liderə çevrildi, noyabr ayının 1-dən etibarən, düz üç həftə İngiltərə top siyahılarına düşdü. Bu uğurlu debütün dalınca bir silsilə yeni hitlər çıxdı və onların çoxu yenə top siyahılarında yer aldı. Artıq dekabrın 1-də Ed Sallivanın şousu Holli və “Crickets”i tamaşaçılarına təqdim etdi və bu cavanlar şöhrətlərinin zirvəsinə yüksəldilər.
Sərhədləri yaraq
Baddi Holli o zaman rok-n-rollda mövcud olan irqi sərhədləri aradan götürmək istəyirdi. Əgər Elvis Presli zənci musiqisini ağdərililərə sevdirmişdisə, Baddi Holli “qara” auditoriyanı fəth etdi desək, heç yanılmarıq. “The Crickets”in ən uğurlu çıxışlarından biri 1956-cı ilin 16-22 avqustunda Nyu-Yorkun Apollo teatrında çıxış oldu. Baddi Hollinin həyatı haqda çəkilmiş filmdə tamaşaçılar onun istedadını elə ilk konsertdən qəbul edirlər. Amma həqiqətdə auditoriyanın qəlbini fəth etmək Baddiyə neçə çıxışdan sonra nəsib olmuşdu.
Yanvar ayında Holli ilə yoldaşları Avstraliya turnesinə çıxmışdılar, mart ayında isə İngiltərəyə yollandılar...
Baddinin üçüncü və son albomu “That ll Be the Day” onun ilk lentlərindən ibarət idi. Amma bu albom tənqidçilər tərəfindən yaxşı qarşılanmadı - olan albomda cəmi bir dəyərli mahnı olduğunu söylədilər.
Şizofreniya
O sadəcə rok balladaçısı olmaq istəyirdi, amma Petti onun mahnılarına rok-n-rollun ruhuna tamamilə yad ünsürlər - simli alətlərdə yayın köməyi olmadan, yalnız barmaqla çalınan elementlər daxil edirdi. O Hollinin musiqilərindəki bütün gözlənilməz gəzişmələri təmizləyir, musiqinin axarını cilalayır, hər şeyi standart kommersiya məhsulu üçün uğurlu sayılan bəlli məcraya yönəldirdi. Bu isə Baddinin bir musiqiçi kimi özündən bədgümanlığına, özünəinamsızlığına səbəb olur, onu bir sənətçi kimi incidirdi.
Artıq 1958-ci ildə Hollinin xarakterindəki şizofrenik pozğunluq - şəxsiyyətin ikiləşməsi özünü çox bariz şəkildə biruzə verməyə başladı...
Dəstə dağıldı
Həmin böhranlı dövrdə Baddi Holli Nyu-Yorka köçdü, “The Crickets” qrupunun tam heyəti isə Texasda qaldı. Dəstənin parçalanmasına aparan yolu Baddi özü başladı və bu ayrılma prosesini hər bir vəchlə tezləşdirməyə çalışdı. 1959-cu ilin əvvəllərində Holli özünə tam yeni heyət topladı. Yenə “The Crickets” adı altında çıxış edəcəkdilər, amma qrupun təzə heyətində aparıcı musiqiçilər - Kertislə Ellison artıq yox idi. Heyət yığılan kimi, Baddi Hollinin qrupu rok tarixinə düşmüş həmin o məşum turneyə yollandı...
Son konsert
1959-cu il, fevralın 2-də ansambl Ayova Ştatının Klir Leyk şəhərində konsert verirdi. Hamı daimi yolçuluqdan bezmiş, lap əldən düşmüşdü. Holli adamı əldən salan avtobusdan yolun yarısında düşür. İstəyirdi ki, özünü konsert verəcəkləri növbəti yaşayış məntəqəsinə - Minnesota ştatının Murhed şəhərciyinə təyyarədə yollansın: ora əsas heyətdən tez çatıb təşkilatçılara zəruri göstərişlərini vaxtında vermək, yolun kir-pasını yumaq üçün yaxşıca çimmək və heç olmasa bir gecə əməlli-başlı yatmaq istəyirdi...
Təyyarə mənzil başına çatmadı: tufana düşərək aeroporta 8 mil qalmış yerə çırpıldı. Baddi Holli, Biq Bopper və Riçi Valens faciəvi şəkildə həlak oldular.
Həmin məşum günü “Musiqinin öldüyü gün” adlandırdılar...
Ölümün o üzündəki həyat
Baddi Hollinin cəmi 22 yaşı vardı. Amma onun adı ölümündən bir gün sonra Rok-n-rollun Şöhrət panteonuna yazıldı və nakam musiqiçi sağlığında ağlına belə gətirə bilmədiyi zirvələrə yüksəldi. Petti zaman-zaman onun köhnə, yayılmamış lent yazılarını çıxarıb özünün bildiyi kimi remiks eləyir, bazara buraxırdı və bu mahnıların hamısı uzun müddət dil əzbərinə çevrilirdi...
Baddi Holli unudulmadı. Onun doğma Labbok şəhərində muzeyi var. Küçələrdən biri onun adını daşıyır. Hər il gənc musiqiçilər üçün adına festivallar təşkil olunur. Şəhərdə Baddinin şərəfinə adlandırılmış “The Hollies” qrupu uğurla fəaliyyət göstərir...
1978-ci ildə onun həyat yolundan bəhs edən “Baddi Hollinin tarixçəsi” adlı bədii film çəkildi. Həmin filmdə baş rolu istedadlı aktyor Herri Byüzi ifa edirdi. Həm film, həm də baş rolun ifaçısı həmin il Oskar mükafatına namizədlər sırasında idi, amma rəqabət böyük olduğundan, o nüfuzlu mükafatı almaq yaradıcı qrupa nəsib olmadı.
* * *
İndi Baddi Holli barədə düşünəndə adam fikirləşir ki, görəsən bu istedadlı cavan o vaxt təyyarə qəzasında həlak olmasaydı, sağ qalıb yaradıcılığına davam etsəydi, hansı yolla gedərdi? Bu suala cavab tapmaq təbii ki, mümkün deyil. Bəlkə də Elvis Presli kimi Baddi də şou-biznesə gedərdi. Amma o da ola bilərdi ki, müğənniliyin daşını birdəfəlik atıb bir bəstəçi kimi fəaliyyət göstərsin. Çünki çox qısa bir zamanda macal tapıb elədikləri Baddi Hollinin fitri istedadının bariz göstəricisidir.

1430