Bill Heyli – “qara” musiqinin “ağ” ulduzu - ARAŞDIRMA –
Dördüncü söhbət
O səhnəyə bir kometa kimi gəldi, səhnədən meteor kimi çıxdı, 2006-cı ildən etibarən isə qalaktikamızın kəhkəşanını bir asteroid kimi dolaşır...
* * *
Lap körpəlikdən Detroytun kasıb məhəllələrində qulağı musiqiyə alışmışdı. Valideynləri “kantri”ni çox sevir, atası banco və mandolina, anası isə piano çalırdı.
Səhnəyə ilk dəfə 13 yaşında çıxmışdı, ondan sonra yerli kantri ansambllarının çoxunda işləmişdi...
Bill Heyli ilk dəfə əsl geniş auditoriya qarşısına çıxıb məşhurlaşmağa başlayandan az sonra onun ulduza, özü də rok-n-roll ulduzuna çevrilməsi ideyası çoxlarına ağlasığmaz görünürsə də, baş tutdu - 1927-ci ildə Miçiqan ştatının Hayland şəhərciyində anadan olmuş Bill Heyli (Uilyam John Clifton Haley) dünya miqyaslı rok ulduzuna çevrildi.
Bəs onun ulduz olacağına niyə inanmırdılar?
Məşhurlaşmağa başlayanda Bill Heylinin artıq 30-a yaxın yaşı vardı, görkəmindən heç “rokerlik” yağmırdı, hətta bir balaca qarnı da vardı. Uşaq vaxtı keçirdiyi uğursuz bir cərrahiyyə əməliyyatı nəticəsində sol gözü görmürdü. Onun bioqrafı Con Svenson yazır ki, sonralar Bill gözündəki qüsuru gizləmək üçün çox əlləşdi və axırda alnının sol tərəfində kəkilini lap birçək kimi uzadaraq ucunu da burmağa başladı...
Məcburiyyət qarşısında qaldığından tapdığı bu qəribə detal bəlli zamandan sonra Heylinin imicindəki ən diqqətəlayiq atributa çevrildi.
Onun zahirində yeniyetmələri cəlb edəcək heç nə yox idi. Zövqsüz geyinir (dama-dama şotlandka köynəkləri, nazik, qaytan qalstukları çox sevirdi), dəbə uyğunlaşmırdı, üstəlik də, bayaq qeyd etdiyimiz kimi, düz alnının ortasında ucu burmalı kəkil saxlayırdı... Görkəmindən də, davranışından da qatı kəndçilik yağırdı - bəxti möhkəm gətirmiş, amma bunun yuxu olmadığına heç cür inana bilməyən sadə kəndçi balasına bənzəyirdi... Beləsini sevmək, onun fanatına çevrilmək bəyəm mümkündür?..
Bircə üstünlüyü vardı: Bill Heyli səhnədə qətiyyən xam deyildi. Müxtəlif üslublu ansamblların tərkibində ölkəni qarış-qarış dolaşmışdı. Özünün məşhur "Comets" qrupunadək, kantri-vestern üslubuna üstünlük verən, amma bir balaca “qərbi-svinq” cərəyanına meylli “Saddlemen” dəstəsində çalmışdı.
Amerikanın ən müxtəlif əyalətlərini gəzib dolaşarkən fikir vermişdi ki, məktəblilər, tələbələr zənci cavanlarının küçə şivəsini, açıq-saçıq hərəkətlərlə zəngin rəqslərini məmnuniyyətlə qəbul edir. Təbii ki, “kantri” ruhunda formalaşmış bütün artistlər kimi, Heyli də zəncilərin musiqi irsinə, üslublarına yaxşı bələd idi. Onların oynaq “bit” tərzini çox sevirdi. Elə buna görə də günlərin birində ağlına qəribə bir ideya gəlir - qaraların ritm-ənd-blüzu ilə kantrini götürərək onları qarışdırır, üzərinə “bir çimdik” zənci şivəsi əlavə eləyir və nəticədə adamın beyninə işləyən tünd şərab kimi bir şey alınır...
Bəli, Billin çalıb oxuduğu artıq rok-n-roll idi. İntəhası, adını bilmirdi - bu üsluba hələ ad qoyan olmamışdı...
Sonralar Heyli bu sözü məhz Alan Fridin kəşf etməsi barədə fikirlərlə razılaşırdı, amma əlavə edirdi ki, rok-n-roll musiqisinin özü, yəni qara və ağ musiqi formalarının sintezi məhz ona məxsusdur...
Onun sözlərində həqiqət payı böyük idi.
Hər necə olsa, Bill Heyli ağdərililərin musiqisində nələrin çatmadığını dəqiq tapmışdı deyə, cavanların təhtəlşüur istəklərinə maksimum cavab verən səs sırası yaratmağa müvəffəq oldu. Özü bu barədə müsahibələrinin birində belə deyirdi: “50-ci illərin əvvəllərində musiqi aləmi bir yenilik eşqindəydi. Solo oxuyan müğənnilərin, biq-bəndlərin dövranı artıq keçmişdi. Səhnədə bir ölgünlük, bir durğunluq hökm sürürdü. Səhnədə nəsə bir canlanma yaratmağa qadir bircə üslub qalmışdı - proqressiv caz. Bədbəxtlikdən o da orta dinləyicinin başa düşəcəyi səviyyədən xeyli yüksəkdə dururdu... Vəziyyəti belə görəndə fikirləşdim ki, dinləyicilərin əl çalaraq rəqs etməsinə imkan verən bit musiqisini götürüb əsas elementlərindən istifadə eləsəm, qiyamət bir şey alınar... Əsas məsələ bunu vaxtında anlamaq idi, qalanı öz-özünə alındı...”
Əslində hər şey Bill Heylinin dediyi qədər asan başa gəlməmişdı. Bir-birini zahirən inkar edən bu iki stilin qəribə sintezi dinləyiciləri ən əvvəl şoka saldı, çaşdırdı. Müğənni özü etiraf edir ki, yeni, daha minnətdar auditoriya qazanmaq əvəzinə köhnə, sadiq pərəstişkarlarını bir-bir itirməyə başladı: “Əvvəlcə bizdən həm kantri, həm də ritm-ənd-bluz heyranları üz çevirdilər. Sifariş ala bilmirdik. Vəziyyət pis idi...”
Lakin yeni musiqi yavaş-yavaş sırf özünə məxsus olan formalar tapırdı.
“Biz təzə, qeyri-adi musiqi ifa edirdik” - deyə, Heyli sonralar xatırlayırdı: “O zamanlar hələ ona rok-n-roll demirdik, amma sonradan öyrəndik ki, çaldığımız elə rok-n-roll imiş. Bəxtimiz gətirmişdi - biz öz çıxışlarımıza musiqi aləmində heç bir yeniliyin görünmədiyi, təzə hadisələrin baş vermədiyi durğunluq zamanında başlamışdıq deyə, qarşımızda geniş bir bazar açılırdı...”
Heylinin ilk gözəgəlimli valı az tanınan “Essex” studiyasında buraxdığı “Crazy Man Crazy” (reytinq cədvəlinə düşmüş ilk rok-n-roll valı) oldu. Məhz bu valdan sonra qrup da, onun ifa tərzi də bir qədər tanındı. Bunun ardınca iri səsyazma studiyalarından olan Decca riskə gedərək, Heyli ilə yaradıcılıq müqaviləsi bağladı. Amma bu firma üçün yazdırdığı ilk mahnı – “Rock Around The Rock” müvəffəqiyyət qazana bilmədi. Adama bir az qəribə gəlir, amma nəzərə alın ki, mahnının müəllifi yaşı əllidən ötmüş Tin Pan Alley idi, sözlərisə artıq 63 yaşı olan birisinə məxsus idi. Özü də onlar öz mahnılarını rok-n-roll deyil, “neofokstrot” üslubunda görürmüşlər...
Bu uğursuzluq Heylini sarsıtsa da, ruhdan salmır və o daha böyük riskə gedərək, zənci artistlərindən birinin artıq hitə çevrilmiş mahnısını ifa etmək qərarına gəlir. Seçim edərkən də Co Ternerin bir mahnısı üzərində dayanır və o zamanın adətinə uyğun olaraq, mahnı üzərində işə mətndə düzəlişlər eləyib “tərbiyəsiz” sözləri çıxarmaqla başlayır...
1955-ci ildə “Shake, Rattle and Roll” Birləşmiş Ştatlarda böyük hitə çevrilir və Heylinin rok-n-rollu sürətlə populyarlaşmağa başlayır.
Rok-n-Roll populyarlaşdıqca, valideynlər öz övladlarının necə gözgörəsi dəyişdiyini böyük həyəcanla müşahidə edirdilər. Yeniyetmələr bütün günü patefondan çıxan vəhşi musiqiyə ritm tutaraq, çırtıq çala-çala saqqız çeynəyirdilər. Dəyişiklik bununla məhdudlaşmırdı. Az sonra gənclər arasında qəribə paltarlar, anlaşılmaz dildə, jarqonla danışmaq dəbə düşdü. Qəzetlər isə tineycer və cavanlar arasında xuliqanlığın, cinayətkarlığın, zorakılığın artmasından dəm vuraraq, bütün aləmə car çəkməklə məşğul idilər. Hər yanda yeni, adamın canına üşütmə salan bir termin eşidilirdi – “yeniyetmə qanun pozucuları”...
Həmin dövrdə gənclər yaşlı nəsil üçün həqiqətən bir təhlükə kəsb etməyə başlamışdılar. Bunu tam dərinliyilə anlamaq üçün Amerikada o vaxtlar çox populyar olan kino sahəsinə nəzər salmaq kifayət idi. Gənc xuliqan obrazları ekranlardan düşmür, o rolları ifa edən bəsit aktyorlar kino ulduzlarına çevrilirdilər: quldura oxşayan, iki kəlməni bir-birinin dalınca qoşa bilməyən, “Vəhşi” filmində roker bandasının başçısını oynayan Marlon Brando artıq tineycerlərin idealı idi. Yeri gəlmişkən, bu film kino ictimaiyyətini o dərəcədə dəhşətə gətirmişdi ki, ingilislər onun nümayişini bütün ölkə ərazisində qadağan etmişdilər. Ya da məsələn, götürək “Səbəbsiz qiyamçı” filmində baş qəhrəmanı oynayan Ceyms Dini. Onun yaratdığı ekran qəhrəmanı bütün qohumlarıyla əlaqəni kəsərək, cinayət aləminə qədəm basırdı... Tamaşaçılar bu filmdən yaşadıqları şokun təsirindən çıxmağa macal tapmamış, ekrandan onlara dərs dediyi sinifdəki xuliqanları əhliləşdirmək istəyən bir müəllim haqda film təqdim olunurdu. Zavallı müəllim onları ələ almaq üçün caz valları gətirir, uşaqlar isə həmin valları qırıq-qırıq edirlər... Niyə? Çünki filmin titrlərini müşayiət edən tərbiyəsiz rok-n-rolldan başqa heç nəyə qulaq asmaq istəmirlər! “Blackboard Jungle” (“Məktəb cəngəllikləri”) filmi kino ictimaiyyətində böyük səs-küyə səbəb oldu, uğur qazandı. Filmin əsas mahnısı, Bill Heylinin ifa etdiyi “Rock Around The Clock” (“Aramsız Rok”) isə az qala yeniyetmələrin inqilab himninə çevrildi.
Mahnı 1955-ci ilin hit-paradlarında 1-ci yerə çıxaraq, mövqeyini düz 22 həftə əldən vermədi. Hətta mühafizəkar İngiltərədə belə, Bill Heylinin son mahnısı düz bir il ərzində ən reytinqli mahnı kimi tanındı...
Elə həmin bu bir mahnı da Bill Heylini böyük, çox böyük ulduza çevirdi. Kinoşünaslar indi yazır ki, o zamanlar misilsiz populyarlıq qazanmış bu film əslində çox bəsit, mənasız, içi boş, zövqsüz bir ekran əsəridir. Lakin 50-ci illərin tineycerləri üçün ideal film məhz o idi. Çünki onlardan, onların musiqisindən, onların həyatından bəhs edirdi. Filmdə yeniyetmələri cəlb edəcək hər şey vardı, hətta Alan Frid də...
Uşaqlar bu filmə tamaşa edəndə bir ekstaz yaşayırdılar...
O zamanın qəzetlərinə inansaq, bu filmin nümayiş etdirildiyi hər kinoteatrda yeniyetmələr oturacaqları qırır, zalı dağıdırdılar. Velosiped zəncirləriylə silahlanmış balaca xuliqanlar seansdan sonra dinc vətəndaşları əməlli-başlı terrora məruz qoyurdu. Həmin məqalələrdə təbii ki, vəziyyətin dramatizmi bilərəkdən şişirdilirdi. Amma filmin ətrafında həqiqətən böyük ajiotaj vardı, cavanlar zalda sıraların arasına çıxıb rəqs edirdilər. Təbii ki, belə əhval-ruhiyyədə kimsə oturacağı da qıra bilərdi, burda qəribə nə vardı ki? Amma yaşlı nəslin qorxuya düşməsi artıq təkzibedilməz bir fakt idi. Çünki bu film az sonra bir çox ölkələrdə ümumiyyətlə qadağan edildi...
Filmdən sonra Bill Heyli artıq superulduz idi və nə oxuyurdusa, hitə çevrilir, dəhşətli populyarlıq qazanırdı. Onların arasında “Don t Knock The Rock” isə şöhrətin lap zirvəsində yer aldı. Bu mahnı da yenə Alan Fridin iştirakıyla çəkilmiş eyni adlı filmdən idi. Özü də bayaq adını çəkdiyimiz filmə yaman bənzəyirdi. Amma birinci filmdən bir üstün cəhəti vardı: bu ekran əsərində həm də rok-n-roll ifaçısı, məşhur “Tutti Frutti”" mahnısını oxuyan Littl Riçard iştirak edirdi.
Yenə çox bəsit, tamaşaçını düşündürmək iddiasında olmayan ssenari: sakit, balaca bir şəhərcik bir-biriylə rəqabət aparan iki yeniyetmə dəstəsinin əlində qalıb. Bu yeniyetmələr eybəcər bir musiqini dəli kimi sevirlər, böyüklər isə tineycerləri tanrının günahkar bəndələri hesab edirlər. Bu məqamda elə o şəhərdən olan bir rok ulduzu qastrola gəlir. Onun şəhər kənarındakı konsertində qarışıqlıq düşür, aləm bir-birinə dəyir. Filmdə xəfiyyə rolunu oynayan Alan Frid isə isbat etmək istəyir ki, rok-n-roll cavanlar üçün heç də təhlükəli deyil. Musiqiçiylə xəfiyyə böyük bir şou təşkil edərək hər şeyi yerinə qoyurlar. Hamı anlayır ki, yaşlı nəsil üçün çarlston (30-cu illərdə Amerikada yaranmış yeni rəqs) nə idisə, cavanlar üçün rok-n-roll da elə həmin şeydir...
Bu filmin ssenarisində böyük həqiqət vardı - indi bu haqda mübahisə etməyə dəyməz. Nəsillər arasında yaranmış dərin uçurum əslində də real idi. Bir çox valideynlər öz övladlarını həqiqətən şeytan əməlinə uymuş günahkar hesab edirdilər. O dövrdə rok-n-rollun təhlükəli bir şey olmadığına onları inandırmaq hələlik mümkün deyildi. Bəlkə Bill Heyli bir az da əzmkarlıq göstərsəydi, atalarla oğullar arasında bir körpü yaratmağa müvəffəq ola bilərdi. Lakin o ,əvvəlcə sürətini azaltdı, sonra ayaq saxladı, dayandı...
Bill Heyli əslində çox təvazökar, nəzakətli adamdı. Yaratdığı səhnə obrazından bəlkə elə özü də qorxurdu. Jurnalistlər ona bütün bu hadisələr barədə sual verəndə key-key peysərini qaşıyıb belə deyirdi: “Nə bilim vallah, mən adi kəndçi balasıyam, bu barədə bir söz deyə bilmərəm...”
Onun Amerikadakı populyarlığı həqiqətən uzun sürə bilməzdi. İş elə gətirmişdi ki, Bill Heylini İngiltərədə Amerikadan daha çox sevirdilər. İlk dəfə Atlantik okeanını adlayanda limanda onu minlərlə fanatı qarşılamışdı. Amma ağlını itirmiş ingilis heyranları belə, onunla üzbəüz gələn kimi bütün xarizması itir, pərəstişkarları ruhdan düşürdü. Çünki Billin nə qaraqabaq, nə seksual görkəmi yox idi, xislətində təcavüz olan qəzəb mücəssəməsi də deyildi və rokun superulduzu olmaq üçün qətiyyən yaramırdı...
O uzaq başı “rokun dədəsi” ola bilərdi, amma bunun üçün də gərək heç olmasa, zahirən “dədəyə” oxşamayaydı. Həm yaşı, həm ruhu etibariylə Bill Heyli yeniyetmələrdən çox, onların valideynlərinə yaxın idi. Və elə bu səbəbdən də yaratdığı “Kometa” qrupuna ad vermiş əsl səma cismi kimi üfüqdə sürətlə görünməz oldu. Amma sonralar yenə kometa kimi, dəfələrlə musiqi aləmində qısa müddətlik parlayaraq, tez də gözdən itirdi. Və hər dəfə də keçmiş heyranları onu daha keçəl, daha kök görürdülər...
...1974-cü ildə “BBC radiosuna verdiyi müsahibəsində Bill Heyli alkoqolizmə düçar olduğunu etiraf edir. Bu ağır vərdişdən can qurtarmaq üçün müğənni bütün 70-ci illəri mərdliklə mübarizə aparır...
1979-cu ildə Böyük Britaniya kraliçası İkinci Yelizavetanın şərəfinə təşkil olunan böyük konsertdən sonra sonuncu qastrolları Cənubi Afrika respublikasına olur (1980-ci ilin may, iyun ayları). Əvvəlcə Cənubi Amerikaya, sonra da Almaniyaya planlaşdırdığı səfərlər həkimlərin onda beyin şişi tapmasıyla əlaqədar baş tutmur və səhnədən kənar düşən müğənni özü barədə çəkiləcək film üçün material toplamağa başlayır...
O, Texas ştatının Memfis şəhərində daha bir - sonuncu albomunu yazdırmaq istəyirdi. Lakin beynindəki şiş böyüdükcə Billin davranışı tamam dəyişirdi. Axırda müğənni mübarizə aparmağın mənasızlığını dərk edərək Texasa, özünün Harlingendəki evinə dönür və 1981-ci il, fevralın 9-da, səhər tezdən dünyasını dəyişir...
Həyatı boyu üç dəfə ailə qurmuş Bill Heylinin səkkiz övladı vardı. Onun böyük oğlu Con atasının həyat və yaradıcılığına həsr olunmuş “Səslər və Şöhrət” kitabının müəllifidir. Kiçik qızı gələcəyinə böyük ümidlər bəslənən musiqiçi, oğlu Skott Heyli görkəmli idmançı, sonbeşiyi Pedro isə yenə musiqiçidir...
Ölümündən sonra Bill Heylinin də xatirəsi əbədiləşdirildi. 1987-ci ildə onun qalıqlarını “Rok-n-Roll şərəf zalı”na yerləşdirdilər...
2006-cı ildə - ölümünün 25 illiyində Beynəlxalq Astronomlar ittifaqı 79896-cı asteroidə rəsmən onun adını verdilər...
* * *
Bill Heylinin adi indi nostalji obyektidir, o zamanların, daha doğrusu, o zamanlardakı cavanlığının xiffətini çəkənlər üçün xoş bir xatirədir, vəssalam. Onu rok-n-roll kəhkəşanından daha gözəgəlimli, bazara daha çox köklənmiş, yeniyetmələrin sevimlisi olmağa daha çox imkanı olanlar çıxardı...
* * *
Amma bu heç də o anlamda deyil ki, Bill Heyli rok-n-roll tarixinin unudulmuşlarındandır. Əgər elə olsaydı, 2011-ci ildə - dünyanın o biri üzündə ondan söhbət açıb maraqlı həyatını, müasir musiqi tarixindəki xidmətlərini yada salmağa ehtiyac duymazdıq...
* * *
O səhnəyə bir kometa parlaq kimi gəldi, bir meteor kimi qəfil çıxdı, 2006-cı ildən etibarən isə bir asteroid kimi qalaktikamızın kəhkəşanını dolaşmaqdadır...

1115