Xəzər dənizində zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların maqnitudası 4.2 olub.
Yerli vaxtla saat 06:52-də qeydə alınan zəlzələnin ocağının dərinliyi 36 kilometr təşkil edib.