Masazırda 2 qadını öldürən tutulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
***
11 aprel, saat 16:57
Masazırda 2 qadının qətli ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
13:11
Masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, öldürülən şəxslərin 39 yaşlı Pərişan Əlövsət qızı Süleymanova və 30 yaşlı Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
12:35
Abşeronda 2 nəfər qətlə yetirilib.
Lent.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Adları hələlik məlum olmayan 37 və 30 yaşlı qadınlar kəsici-deşici xəsarətlərlə öldürülüblər.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.