Fövqəladə hallar nazirinə iki yeni müavin  təyin olundu
14 aprel 2026 18:01 (UTC +04:00)

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olundu

0

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

Lent.az xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci il noyabrın 3-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev 1982-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar