“Manaf Ağayev özünü qurban verdi” - MÜSAHİBƏ
- Adətən, bu rubrikada müğənninin çox yaxşı münasibətdə olduğu işçiləri və ya ailə üzvləri həmsöhbətim olub. Birinci dəfədir ki, müğənninin dostu, özü də siyasətçi dostu danışır...
- Hesab etmirəm ki, burda təəccüblü nə isə var. Mənim bütün təbəqələrdən dostlarım var. Dostları peşələrinə görə seçmirik, xarakterinə, dünyaya baxışının eyni olmasına və münasibətlərə görə seçirik. Manaf Ağayevi uzun müddətdir, tanıyıram.
- Neçə ildir bir-birinizi tanıyırsınız?
- Tanışlığımızdan on illər keçir. Manaf Ağayevi hələ gənc vaxtlarından, rayonda el şənliklərində görüb tanımışam. Manaf o vaxt da müxtəlif üslublarda oxuyurdu. Müqayisə üçün demirəm, amma xatırlayırsınızsa, böyük sənətkarımız İslam Rzayevin repertuarında həm bəstəkar mahnıları, həm də xalq mahnıları var idi. Bu, xalq üslubunda oxumaqla yanaşı, həm də qarışıq stildir, ayırmaq çətindir.
- Deməli, Manaf Ağayevi ilk dəfə ifaçı kimi tanımısınız...
- İlk vaxtlarda ifaçı kimi tanıyırdım. Sonradan artıq şəxsi münasibətlər başladı. Gənc yaşlarımız idi, mənim olardı təxminən 21 yaşım... Manaf da məndən bir neçə yaş böyük idi.
- Manaf o vaxt el şənliklərində iştirak edəndə, siz nə işlə məşğul idiniz?
- Tələbə idim. Lakin tələbə olmağımla yanaşı, həm də insanlarla geniş münasibətlərim, əlaqələrim vardı. Dediyim kimi, əvvəl sənətlə bağlı münasibət idi, sonra dostluğa çevrildi. Bəlkə də rayonumuz işğal olunmasaydı, həyat qaydasında davam etsəydi, Manaf klassik muğam üslubunda çox böyük sənətkar olardı. Buna Manafın səs imkanı əsas verir. Hansı yaxşıdır, bunu Allah bilir, biz seçə bilmərik. Manaf zamanın nəbzini tutub – belə demək daha doğru olar.
Amma biz Manafın ifasında klassik muğamları da dinləmişik. Heç kimin muğam oxumadığı vaxtlarda dinləmişik. Bir təsnifin, xalq mahnısının içərisində “Segah”ı, “Şur”u, yaxud bir muğam parçasını elə oxuyub ki, peşəkar muğam ifaçıları ilə müqayisə etmək olar. Ola bilsin, repertuarında elə mahnılar olub ki, peşəkarlar bu mahnıları sevmir. Lakin zaman, auditoriyanın seçimi Manaf kimi kütləvi tamaşaçısı olan sənətçilər üçün kifayət qədər ciddi rol oynayır.
- Siz özünüz ziyalısınız, inkişafın savaddan irəli gəldiyini bilirsiniz. Axı istedad və savad fərqli anlayışlardır!
- Bunun üçün də bayaq dedim ki, Füzuli rayonu işğal olunmasaydı, Manafın o vaxtkı rahat həyatı davam etsəydi, hər şeyə fərqli yanaşa bilərdi. Onun rahat yaşayışına zaman mane oldu. Məcburi köçkün oldu - tək özü yox, bütün nəsli ilə birlikdə. Bütün qohumlarının problemlərini çiynində daşıyan bir adam kimi Füzulidən çıxdı. “İncəsənət qurbanı sevir” – bu, məşhur ifadədir. Manaf özünü qurban verdi. Lakin mən bu gün də hesab edirəm ki, müğənninin sevilməsi onun qazancıdır. Necə olmasından asılı olmayaraq... Bu yaxınlarda Lent.az-da yerləşdirilən bir videoçarxa baxdım. Zərdabda hər müğənninin nail ola bilmədiyi tamaşaçı kütləsini başına toplaşmışdı. Dəfələrlə məclislərdə arzu etmişəm, çox istəyərdim ki, bu yanıqlı səsin, xırdalıqların sahibi ən azı xalq mahnılarının ifaçısına çevriləydi. Yadda qalaydı. Ramiz Rövşənin gözəl bir sözü var: “Yenə də Allaha şükür”...
Mənə elə gəlir ki, Manaf özünün auditoriyası olan ifaçıdır.
- Bayaq dediniz ki, müxtəlif peşə sahibləri ilə dostluq edirəm. Bu, bir növ siyasi yanaşmadır. Manaf Ağayev həqiqi mənada dost dediklərinizin sırasındadır?
- Bəli, həqiqi mənada dost dediklərimin sırasındadır. Mən dostlarımı növlərə bölmürəm. Bir də Azərbaycanda uzun illərdən bəri formalaşmış qəribə bir mühafizəkarlıq var: dost az olmalıdır. Niyə? Mənim bir dostum var, qəssabdır, axşamadək qoyun otarır. Şənbə-bazar qoyun alırıq, mən onu çox sevirəm, xeyrində də, şərində də yanındayam.
- Sirlərinizi bölüşürsünüz?
- Mənim elə sirrim var ki, yalnız özümə aiddir. Heç kim bilmir. Elə sirrim var, onu Manaf bilir, eləsi var Adil bilir... Elə sirrim var, bir qardaşım bilir, bir mən bilirəm, eləsi var, bir ailəm bilir...
- Amma “dost” sözü ilə bağlı belə bir fikir var: Dost - paylaşdığın kəsdir...
- Bəli, mən dostlarımla paylaşıram.
- Manaf Ağayevlə hansı vacib məsələləri bölüşürsünüz?
- Çox şey var. Manaf mənim sıradan deyil, yaxşı və pis vaxtlarımda yanımda olan dostlardandır. Onunla bölüşdüyüm konkret şeylər var, mətbuat üçün deyil. Bizim münasibətimiz yarananda nə Manaf tanınan sənətçi idi, nə də İqbal Ağazadə siyasətçi idi. İctimai-siyasi və ya ictimai-psixoloji münasibətlər bizim münasibət saxlamağımıza imkan verir. Beləmi yanaşaq? Belə dostluq olmaz. Sabah həbsxanaya düşəndə çöldəkilər desin ki, “get cinayətkarlarla dostluq et”?
- İstər-istəməz sizin aləmləriniz fərqlidir. Bu da fərqli dünyagörüşü deməkdir. Hansı məsələlərdə uzlaşırsınız?
- Bir-birimizlə nəyi danışacağımızı çox aydın bilirik. O bilir mənimlə nəyi nə qədər danışa bilər, mən də bilirəm onunla nəyi danışa bilərəm. Ona görə heç vaxt uzlaşma olmayan məsələlər ortaya çıxmır. Uzlaşma olduğunu əvvəldən bilirik. Nə qədər, kimlə, nəyi danışmaq lazım olduğunu gözəl bilirik.
- Ailəliklə qonaq gedib-gəlirsiniz?
- Olub. Belə şeylər də olub. Mənim vaxtım və imkanım nadir hallarda qonaq getməyə şərait yaradır. Axır zamanlar nə vaxt Manafgildə qonaq olduğum yadıma gəlmir.
- Dostunuzun ailədaxili problemlərinə müdaxilə etmisiniz? Misal üçün, bu yaxınlarda Manaf Ağayevin ailəsində xoşagəlməz hadisə baş verdi, qızı həyat yoldaşından ayrıldı.
- Bəli, qarışmışam.
- Bir halda ki, onun yaxın adamı sayılırsınız, onda yəqin ki, hadisəni təfsilatı ilə danışa bilərsiniz.
- Bunu ancaq Manaf açıqlaya bilər. Dostumun sevinci sevincim, kədər kədərimdir. Nə qədər mümkündürsə, məsləhətimi vermişəm. Efirə getmək istəyib, sizin nəzərdə tutduğunuz hadisə ilə bağlı kanallar verilişlərə çağırıb, icazə verməmişəm getsin. Hətta zəng edib, mane olmuşam. Belə münasibətlərimiz var. Manaf çox səmimi oğlandır, ola bilər ki, hansısa söhbətində daxilini tam ifadə edə bilmir. Manaf tipli adamlar kənardan bir cür görünə bilər, amma daxilən başqadır. Manafa güvənmək olar. Dostu dara düşəndə Manaf düşünmədən karyerasını, gələcəyini də təhlükəyə atar.
- Dar ayaqda kim kimə daha çox kömək edib?
- Çətin məqamımda gəlib orada olmağı mənim üçün ən böyük dəstək olub. Manafın da çətin anında ağıllı sözə ehtiyacı olub. Bizim ortaq dostlarımız da var. Biz bir-birimizin maddi yardımını ölçmürük, bir-birimizə də çox kömək olmuşuq. Lakin yadıma düşmür ki, axırıncı dəfə kim nə edib. Əgər maddi dəstəyi nəzərdə tutursunuzsa, sizin yanınızda zəng vurub desəm ki, mənə filan qədər pul lazımdır, özündə olmasa da, kimdənsə tapıb o pulu verər. Mən də onun kimi.
- Dostluğunuzdan bu qədər həvəslə danışırsınız. Hafizənizdə qalan ən azı bir böyük dostluq nümunəsi, xatirəsi olmalıdır.
- Xarici görünüşümə görə mənə çox bənzəyən, oxşarım olan bir şəxs var. Biz həddən artıq bir-birimizə bənzəyirik, ayırmaq çox çətindir. Bir dəfə Bakıdan gəlmişəm yas yerinə, bənzərim isə artıq yas yerində imiş. Manaf içəri girib, məni ondan ayıra bilməyib. Ona salam verib, o da tanımadığı üçün elə-belə salamlaşıb. Manaf çölə çıxıb və mübahisə edib ki, salamımı yaxşı almadın. Ətrafdakılar deyiblər ki, bu İqbal deyil, İqbal hələ gəlməyib. Mən gəldim və ona dedim ki, əgər sən bu qədər yaxın münasibətdə olduğun adamı ayıra bilmirsənsə, deməli o səviyyədə dostluğumuz yoxdur...
- Axı indicə özünüz dediniz, “bizi ayırmaq çox çətindir”...
- Hər halda Manaf bunu ayırmağa borclu idi.
- Nə qədər küsülü qaldınız?
- Küsülü qalmadıq. İkimizdə də belə xarakter yoxdur.
- Maraqlıdır, siz onun repertuarındakı mahnıları tənqid edirsiniz?
- O mənim sahəmə aid olan məsələ deyil. Mən bildiyim şeylərdən danışıram. Bir də ki, bu, zövq məsələsidir. Əgər onun ifasını o qədər adam qəbul edirsə, Manaf auditoriyanın nəyi qəbul etdiyini bir sənətçi olaraq məndən daha yaxşı bilir. O duyuma uyğun da oxuyur, ifası seçilir. Və ya seçdiyi mahnını ən azı sevdirə bilir. Yəqin ki, efirdə “Ay canı yanmış” gündəmə gəlir, amma görün nə qədər ona oxşar xalq mahnımız var, həm də korifey hesab etdiyimiz adamların ifasında... Adlarını çəkmək istəmirəm. Nə qədər ona oxşar ifadələr var?!
- Bu mənada Manaf Ağayevi haqlı hesab edirsiniz?
- “Yar o yana çöndər məni, yar bu yana çöndər məni...” “Ay canı yanmış”dan yaxşıdır? Məntiqinə varın, görün nə deməkdir? Hansı folklorşünas və dilçi istəyirsə, mübahisə etməyə hazıram...
- ...Manaf Ağayev oxuduğu üçün?
- Yox, yox, qəti şəkildə! Sərbəstliyin tərəfdarıyam. Böyük Sabir deyirdi, “çalxalandıqca, bulandıqca zaman nehrə kimi yağı yağ üstə çıxar, ayranı ayranlıq olar”. Həyat belə bir şeydir, yaxşı ifa, yaxşı mahnı illərdən sonra müəllifini də itirəcək, lakin yaddaşda qalacaq, gəlib bir yerlərə çıxacaq. Konkret zamanda konkret auditoriyanın zövqünü oxşayır. Böyük sənətkarların bütün mahnıları eyni dərəcədə sevilir? Yox!
- Amma siz siyasətdə bu cür azadlığı qəbul etməzsiniz. Deyirlər, azadlıq ifrata varanda özbaşınalığa çevrilir.
- Yanlış! Azadlıq elə bir hissdir ki, qanunla müdafiə olunur. Qanun nə qədər imkan verirsə, insan o qədər azad olur. Əgər sənətdə Bədii Şuralar olsa, müəyyən edilsə ki, bu mahnı efirə çıxa bilməz, Manafı haqsız hesab edərdim. Amma bu gün hətta xalq artistləri qəzet səhifələrində tənqid olunur.
- Sabah Manaf Ağayev əməkdar artist olsa, bu ədalətli qərar hesab oluna bilər?
- Çox ədalətli sayaram! Ən azı, xalq artisti adı verilənlərin bəziləri ilə müqayisədə Manaf çox-çox yuxarıda dayanır. Adlarını çəkib təhlil etmək istəmirəm, amma siz özünüz göz önündə canlandırın. Mən, ümumiyyətlə, bu adların əleyhinəyəm. Manaf da, başqası da sənətindən pul qazanır, ailəsini saxlayır. Sevilirsə sevilir, sevilmirsə, sevilmir.
- Övladınızın toyunda hansı müğənni toyu idarə edəcək?
- Mənim yaxınlarımın xeyir işində, ailə məclislərində istisnasız Manaf Ağayev olub. Qonaqlar çox olub, aparıcı sənətçi Manaf Ağayev olub.
- Övladlarınızın toyunda da bu qərar dəyişməz olaraq qalacaq?
- Əlbəttə! Amma dövrdən də çox şey asılıdır. Vaxt ola bilər ki, o stilini dəyişər. Və ya oxumaq istəməyə bilər.
- Manaf Ağayevin sənətinə övladlarınız necə yanaşır?
- Hamı bilir ki, mənim dostumdur. Uşaqdırlar onlar.
- Manaf Ağayevə hərtərəfli həssaslıqla yanaşırsınız. Dostluq ön plandadır, mühafizə etməyə çalışırsınız.
- Manafı mühafizə etməyə nə ehtiyac var ki?
- Mən onunla ünsiyyətdə olmuşam və belə bir xüsusiyyətini aşkar etmişəm. Gözləyir, ona haqq qazandırsınlar...
- Manafa haqq qazandırıram. O, bütün auditoriyasını ifası ilə qazanıb. Və auditoriya o qədər genişdir ki, sən bu yerdə heç nə deyə bilməzsən. Çünki sənəti qat-qat üstün xalq artistləri var ki, klassik anlamda auditoriyası ondan qat-qat zəifdir. Demək, adam bir sənətçi olaraq, auditoriyanın nəbzini tutub. Hə, ola bilsin ki, Şövkət xanım, İslam Rzayev, Arif Babayev kimi mahnıları yaddaşda qalmayacaq. Bu onun sənətçi kimi ən zəif yeridir. Toy, el şənliyi ayrı şeydir, amma sənətçi kimi yaddaşda qalmaq üçün bəzi şeylər etməlidir. Ona da bir dost kimi iradlar bildirmişəm.
- Ən azından bir qüsurunu deyin...
- Bütün insanlar kimi, onun da qüsurları var... Bəzən insanlarla münasibətlərində nəyi harada demək lazım olduğunu bilmir.
- Yəni çox səmimidir, onu demək istəyirsiniz?
- Yox, bu, səmimilik deyil. Elə şey var ki, onu ifadə etməyə ehtiyac yoxdur. Yaş onu daha ölçülü-biçili addıma məcbur etməlidir. Bunları dəfələrlə özünə demişəm. Sənətçi olaraq özünü və səhnə prosedurlarını gözləmir. Hətta fiziki anlamda gözləmir.
- “Toylar kralı”nda dostunuzun qələbə qazanması üçün səs vermişdiniz?
- Təbii ki, səs vermişdim. Niyə də səs verməyim?!
- İstəyirdiniz ki, dostunuz “Toylar kralı” olsun?
- Əlbəttə! Niyə də istəməyim ki! Əgər bir yerdə seçim varsa, o da mənim dostumdursa, nədən olmasın?
- Bu müsahibələrdən sonra tənələrdən çəkinmirsiniz ki?
- İndi burda bəyan etsəydim ki, filan nazirlə dostluq edirəm, hamı deyərdi sağ olsun, filan nazirlə dostluq edir?! Ya da filan millət vəkili... dostluq buna baxır?
- Manaf Ağayevin də sizin kimi dostları çoxdur. Niyə o yaxın adamı kimi məhz millət vəkili İqbal Ağazadəni məsləhət bildi?
- Özümdən danışım. Tutaq ki, bir yas məclisi var, məclisə məsələn, ət almaq lazımdır. Mənim də bu işlə məşğul olan dostum var. Ona zəng edirəm, pulu da verirəm ona. Bilirəm ki, bu insan mənim işimə yarayır! Manafın məni seçməyinə gəlincə, dostuyam, ona görə...
- Həmsöhbətim onun qəssab dostu da ola bilərdi. Niyə sizi məsləhət bildi? Siz Manaf Ağayevin ən yaxın dostusunuz, ona görə?
- Onu özündən soruşun. Mən dostlarımı heç vaxt seçim qarşısında qoymuram...
Lalə Yusifqızı

3324