Suriya prezidentini  öldürməyə   cəhd etdilər
19 sentyabr 2025 17:27 (UTC +04:00)

Suriya prezidentini öldürməyə cəhd etdilər

0

İraq kəşfiyyatı Suriya prezidenti Əhməd əl-Şaraya qarşı sui-qəsdin qarşısını almağa kömək edib. 

Lent.az-ın məlumatına görə, Livanın “An-Nahar” qəzeti İraq təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər verir ki, Suriya prezidenti Əhməd əl-Şaraya qarşı sui-qəsdin qarşısı Suriya və İraq kəşfiyyat xidmətlərinin əməkdaşlığı sayəsində alınıb.

Nəşrin məlumatına görə, İraq kəşfiyyatı gözlənilən hücumla bağlı məlumatları suriyalı həmkarlarına ötürüb. 

Bu məlumat Suriya kəşfiyyatına operativ reaksiya verməyə və dövlət başçısına sui-qəsdin qarşısını almağa imkan verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar