“Çoçuklar duymasın”ın “Haluk”u: “Azərbaycan mənim atalarımın torpağıdır” – MÜSAHİBƏ
Azərbaycana səfər edən çoxsaylı türk sənətçilərinin sırasına biri də qatılacaq. Bu, Türkiyənin populyar “Çocuklar duymasın” serialının qəhrəmanı “Haluk” - Tamer Karadağlı olacaq. Çoxları bəlkə də “Taş fırın erkəyi”nin əslən azərbaycanlı olmasından xəbərsizdirlər. Daha çox azərbaycanlıların olduğu Qars vilayətində dünyaya göz açan Tamer Karadağlı doğma saydığı azərbaycanlıları ilə Lent.az vasitəsilə qiyabi görüşdü, özü də dərin səmimiyyət və intizar ilə. Hiss olunurdu ki, başqalarından fərqli olaraq aktyor həmin gün xüsusi həyəcan içində idi, 4 yaşlı qızı Zeynonu uşaq bağçasına aparmışdı, həyəcanını ilk dəfə bizimlə telefon söhbətində paylaşdı.
- Səhər tezdən oyanmışam, qızım Zeyno bu gün məktəbə gedir, 4 yaşındadır. Səhər oyandıq, onu bağçaya apardıq. Birlikdə bu həyəcanı yaşadıq.
- Zeyno necə qarşıladı bu yeniliyi?
- Əlbəttə, qəbul etdi, yeni mühitdən razı qaldı.
- Tamer bəy, serial izlənir, sevilir, o ayrı məsələ... Bizim üçün digər Türkiyəli sənətçilərdən daha fərqli olmağınızın sirrini özünüz bilirsiniz, yəqin ki...
- Hə, mən əslən azərbaycanlıyam, üstəlik serialda da Azərbaycan ləhcəsinə, şivəsinə müraciət edirəm. Seriallarda Türkiyənin müxtəlif əyalətlərinin şivəsi ilə danışırlar, kifayət qədər maraqlı alınır. Amma Azərbaycan ləhcəsi ilə doğru-dürüst danışan olmamışdı. Mən də ona görə bir bu yöndə özümüzü sınayaq, dedim. Çox gözəl reaksiya gəldi. Hamının xoşuna gəldi. Küçədə də mənə saxlayıb “azəricə bir konuşsana” deyirlər. Bu da xoşuma gəlir. Hər şey bir yana, Azərbaycan mənim atalarımın torpağıdır. Evimizdə Azərbaycan yeməkləri bişirilir, Azərbaycan musiqilərini dinləyirik. Əmilərim, bibilərim azərbaycanca danışır. Öz dilimdə danışıram, zatən.
- Uşaq vaxtı Amerikada yaşamısınız, elə xarici görünüşünüzlə də amerikalılara bənzəyirsiniz, Hollivudda da bir filmdə rol aldınız.
- Ailəmlə ora sərbəst iş üçün getdik. Mən uşaq ikən getdik, 8 yaşım olanda geri döndük. 1975-ci ildə Ankaraya qayıtdıq. Ondan sonra lisey dövründə təkrar Amerikaya getdim. Bir-iki ildən sonra qayıtdım, indi də tez-tez Amerikaya gedib-gəlməyə başladım. Amerika ilə bağlılığım heç qopmadı. Aktyorluq fakültəsini bitirdikdən sonra orda bir filmdə oynamağı istəyirdim. İngilis dilim də çox yaxşı idi...
- ...bildiyimə görə 8 ayrı dildə danışa bilirsiniz.
- Hə, doğrudur. Bu da bir Allah vergisidir. Bu da Amerikada çox işimə yaradı, çünki bir amerikalı iş adamını oynadım. Gözəl bir sınaq idi. Ümid edirəm, Türkiyədəki aktyorlar bu uğuru davam etdirər, daha yaxşı nəticə olar.
- Amma sizin rol almağınız Türkiyədə bir şəkildə qısqanıldı. Niyə sağlam düşüncə ilə qarşılamadılar? Sizdən sonra orda rol alacaq ikinci bir qabiliyyət üzə çıxdımı?
- Vallah, mən bardağın boş tərəfindən deyil, dolu tərəfindən baxaram. Kimin nə dediyi ilə də maraqlanmıram, öz işimə baxaram. Onları da eşitmirəm. Məni tənqid edəcək insan da gedib daha yaxşı iş tapıb, məni tənqid edə bilər. Kənardan danışmaq ən asanıdır. Mən üzərimə düşəni etdim. İnşallah, məndən daha yaxşı bir iş görərlər. Bu mənim xəyalım idi, gerçəkləşdirdim. Mən xəyallarımı gerçəkləşdirən, şanslı insanlardan biriyəm. Belə hadisələrə, tənqidlərə təbəssümlə baxıram, hamı danışa bilər, əsas olan bir işi etməkdir.
- Sizin filmoqrafiyanız çox zəngindir, “Yağmur Zamanı” , “Çocuklar Ne Olacak”, “Bir Tutam Baharat” , “Reyting Hamdi”, “Çocuklar Duymasın”, “Ferhunde Hanımlar” və bu kimi 30-40 film və serialın adını çəkə bilərəm. Lakin düşünürəm ki, aralarında ən yadda qalan və Sizi geniş kütləyə sevdirən “Çoçuklar Duymasın” serialı oldu. Razısınız mənimlə?
- “Çoçuklar duymasın” təkcə türk tarixində deyil, dünyada tayı-bərabəri olmayan bir uğura imza atdı. 7-8 il öncə serialı yarımçıq qoyanda 95 seriya çəkmişdik. Bu seriyalar 4-5 il içində 4 min dəfə göstərildi. Bu təkcə Türkiyədə deyil, dünyada bir rekorddur. “Çoçuklar duymasın”ın yeri çox fərqlidir. Türkiyədə deyil, Amerikaya getdiyim zaman oradakı türklər, çinlilər də tanıyır. Arzu xanımla (keçmiş həyat yoldaşını nəzərdə tutur – L.Y.) Los-Ancelesdə küçədə gedərkən mənimlə şəkil çəkdirmək istədilər. Sonra filmi mənə danışıb dedilər “sənin bir dənə qırmızı saçlı oğlun var, biz o filmi çox sevirik...” Bu çox xoşuma gəldi!
- Amma gəlin etiraf edək ki, serial çox mənasız səbəblər üzərindən yarımçıq qalmışdı. Sizdə türk tamaşaçının qəribə bir yanaşması var, o qədər seriala qapılırlar ki, film qəhrəmanının həyatda da elə olmağa çağırırlar. Serial boşandığınız üçün yarımçıq qaldı...
- Vallah, biz bunun səbəb olduğuna inanmırıq. Üstəlik, o vaxt mətbuatda yazıldığı kimi də deyildi vəziyyət. Kənardan gələn şayiələrə də qulaqlarımızı tıxadıq. Seriala ara verilməsi lazım idi, 7-8 ildən sonra yenidən başladı və həmin uğurla davam edir.
- Türkiyədə davamlı serial modası gəlib keçir. Bir mövsüm bütün seriallar məişət mövzularında olur, bir mövsüm əyalət yaşam tərzi bütün kanalların seriallarında motiv oldu. Bircə “Çoçuklar duymasın” komediya janrında, dəbdən uzaq qaldı və rəqibsiz oldu. Niyə rəqib olmadı?
- Doğrudur, razıyam. “Çoçuklar duymasın” kiçik məsələlərin serialıdır. Burda hər problem dilə gəlir, bütün yaş təbəqələrinə uyğundur. Ssenarist Birol Güvən də türk insanını çox yaxşı müşahidə edir və tamaşaçıya çatdıra bilir. Biz də bunu mümkün olduğu qədər də yaxşı ifadə etməyə çalışırıq. Hər ailədə olan problemlər hər dəfə bir şəkildə ortaya çıxır. Ona görə də “Çoçuklar Duymasın” köhnəlmir. 8 il öncə Havuc cib telefonu istəyirdi, indi isə maşın istəyir. Uşaqların böyüməsi bir şeyi dəyişdirmir, uşaqlar böyüdü, dərdləri də böyüdü.
- Halukun həyat tərzi Tamerə yaxındırmı?
- Əlbəttə, yaxınlıq var. Hamının həyatından bir şeylər var.
- Görünüşcə qərbliyə bənzəyirsiniz, amma xarakter olaraq tipik türk kişisini oynayırsınız. Rejissor və Siz bu iki fərqi bir-birinə hansı şəkildə uyğunlaşdıra bildiniz?
- Əsas olan peşəkar düşünə bilməkdir. Nəticə olaraq türkəm. Bu torpaqda böyüdüm. Aradakı fərqi qabiliyyətimlə uyğunlaşdıra bilirəm. Mən bu işin ciddi təhsilini aldım. Yaxşı müşahidə edə və obrazımın öhdəsindən gələ bilirəm.
- Uşaq olsaydınız, Haluk kimi bir ata ilə necə bir ailədə yaşayırdınız, çox maraqlıdı? Bilirəm ki, xaraktercə Havuc kimi olmusunuz, metal əşyalar taxan, roku sevən bir uşaq imişsiniz.
- (Gülür). Doğrudur. Haluku sevərdim! Əyləncəli bir adamdır, onunla qarşı-qarşıya gəlmək xoş olardı. Haluk nə qədər sərt görünsə də, Məltəm ortaq nöqtəni tapa bilir.
- Söhbətə qızınız Zeyno ilə başladıq. Mənim üçün maraqlıdır, bir ata olaraq qızınıza Halukun tərbiyəsi ilə yanaşardınız?
- Haluk qədər sərt deyiləm. Əlbəttə, bu komediya serialıdır. Bəzi şeyləri şişirdilmiş şəkildə göstəririk. Qızım mənim hər şeyimdir. İnsanın qızı olunca həyata başqa gözlə baxır. Hər atanın ən böyük eşqi qızı olur. Qızım bir yana, dünya bir yana!
- Mətbuatda Sizin çox zəkalı biri olduğunuz xüsusi vurğulanır. Bir jurnalist məqaləsində yazmışdı ki, Tamerlə reportaj hazırlayan jurnalist diqqətli olmalıdır, hər hansı bir sual onu narahat edərsə, kobud cavablandırmaz, əvəzində sualı orijinal sualla cavablandırar. Bu vəziyyət bizim aramızda baş versə, mənə hansı sualı verərdiniz?
- Vallah nə deyim, bu yəqin ki, həmin an baş verə bilər, ekspromt olar. Bəzən müsahibələrdə reytinq naminə tələyə salan suallar da gəlir, bəlkə jurnalist onu pis məqsədlə etmir, sadəcə oxunsun deyə o sualı verir. Bizdə də artıq bu gedişlə deyəsən müdafiə mexanizmi yaranmağa başlayıb. Dolayısı ilə gələ biləcək hər cür təhlükəyə qarşı özümüzü qorumaq məcburiyyətində qalırıq (gülür).
- Jurnalistə əsəbiləşdiyiniz olur?
- Yox, kimsəyə sərt davranmamağa çalışıram. Bizlər göz önündə olan insanlarıq. Mənim haqqımda hər halda iqtisadiyyat xəbəri yazılmayacaq. Nəticədə bir aktyoram. Hollivudda da belə bir hal yaşanır. Hamı maraqlanır məşhurlarla. Bunu şəxsiyyətlə bağlamayıb, diqqətli olmağa çalışıram.
- Eşitdiyimə görə, 10 milyon dollarlıq filmə çəkilirsiniz. Artıq başladımı?
- Çəkilişlər yeni ildən sonra başlayacaq. Bu, dünya bazarı üçün nəzərdə tutulan bir filmdir. Rejissor Türkiyəyə gəldi, oturduq filmlə bağlı danışdıq. Bu günə qədər ciddi şəkildə pul xərclənir.
- Azərbaycanda aktyorlar serialda oynamaqdansa, filmdə oynamağı daha üstün tuturlar. Serial sanki filmin yanında bir qədər qeyri-peşəkarlıq təəssüratı yaradır. Sizdə vəziyyət necədir?
- Bizdə də belədir. Bizdə kinofilm televiziya serialları qədər inkişaf etməyib, televiziyada pul qazanırıq. O səbəbdən də televiziya seriallarına üstünlük verirəm. Amma gözəl bir film olanda təbii ki, imtina etmirəm. Türkiyədə nə yazıq ki, belə bir anlayış var, “nə gözəl, filmə çəkilirsən, üstəlik də çoxlu qonorar tələb edirsən?...” Bunun peşəkar bir iş olduğunu kimsə anlamaq istəmir. Əgər mən peşəkarlığımı ortaya qoyuramsa, bunun da qarşılığını almaq istəyirəm.
- Amerikada haqqınızı ala bildiniz?
- Ordakı işim sınaq idi, ciddi məbləğ almadım, lakin uçuş biletlərim, oteldə otaqlar hamısı yüksək səviyyədə idi. Məxsusi sürücülər, bir ulduzun ehtiyacı olan bütün şərait yaradıldı. Onsuz da mən ora pul qazanmaq üçün deyil, xəyallarımı gerçəkləşdirmək üçün getmişdim. Çox pul almadım, lakin hər xidmət məni qane edir. Bir şeyi istəyəndə artıq əldə etmiş olursan. Pul qazanmaq istədikdə qazana bilirsən. Lakin bu cür işlər maddiyyatla ölçülmür.
- Ordakı sistemin Türkiyə film sənayesindən hansı fərqini gördünüz? Nəticə etibarilə Türkiyə kino industriyasında son illərdə inanılmaz inkişaf var.
- Film ssenarilərində yox, industriyada fərq var. Orda iş sistemi çox irəlidədir və planlı şəkildə davam edir.
- Orda davamlı işləmək imkanı yaransa, vətəninizdən uzaqda işləməyə razı olardınız?
- Ora iş üçün gedib-gələrəm. Çünki şöhrəti, pulu, sevgini də bu ölkədə qazandım. Bu yaşdan sonra da macəraya atılmaram. Film üçün gedərəm, amma uzun illər orda yaşayaram, desəm, yalan demiş olaram. Ölkəmi sevirəm. Amerikaya da tez-tez gedirəm. Lakin ən sevdiyim tərəf də Türkiyəyə dönüşümdür.
- Keçmiş həyat yoldaşınız da aktrisadır, səhv etmirəmsə...
- Yox, ixtisasca rejissordur. Aktrisalıq da etdi, Türkiyədəki kanallardan birinin də direktoru oldu. 6 yaşından bu günə qədər dublyaj edir. Çox səsi olduğu və gözəl danışdığı üçün Birol Güvən onu seriala dəvət etdi, “Ən son babalar duyar” serialında birlikdə rol aldıq. Bu, onun ilk rolu idi. Ondan sonra “Ah Kalbim” serialında birlikdə oynadıq, 26 seriyaya çəkildik. Sonra başqa bir şey etmədi.
- Onu aktyorluq qabiliyyətini necə dəyərləndirirsiniz?
- Vallah o mənə yaxın olduğu üçün düşünürəm ki, obyektiv ola bilmərəm. Çətindir...
- Məncə, bacarıqlı ola bilmədi...
- O uğur dalınca qaçmadı, mənim həyatımı asanlaşdırmağı çalışdı. Sonra qızımız Zeyno anadan oldu, bütün vaxtını qızımıza sərf etdi, dayələrə etibar etmədi. Daha çox özü maraqlanmaq istədi.
- Hazırda boşanmısınız, lakin həm də birlikdəsiniz. İrəlidəki günlərdə Sizi yenidən nikah masası arxasında görmək olar?
- (Gülür) İndidən bir şey demək doğru olmaz. Allahın dediyi olar, baxaq, qismət!
- Türkiyədə bir çox azərbaycanlı sənətçi çalışır, aralarında münasibətinizin olduğu, dostluq etdiyiniz şəxslər var?
- Yox. Düzünü desəm, tanımıram.
- Azərbaycanlısınız, hələ də ulu babalarınızın torpağına gəlməmisinz...
- Ən qısa vaxt içində gəlmək istəyirəm. Çox arzu edirəm Azərbaycana gəlməyi, mənim ən böyük istəklərimdən biridir! Ora gələndə sənət adına bir təklif olsa da sevinərək qəbul edərəm. Bütün Azərbaycan xalqına sevgilərimi çatdırın, onları məni sevdikləri qədər sevirəm!
Lalə Yusifqızı

3880