Şəkidə qəza: 2 nəfər  xəsarət aldı
02 may 2026 20:15 (UTC +04:00)

Şəkidə qəza: 2 nəfər xəsarət aldı

0

Şəkidə hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhəri ərazisində baş verib.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 76

Oxşar yazılar