Şou-biznesimizin məşhurları bədən quruluşunu necə qoruyur? - SORĞU
Qida pəhrizi, gündəlik idman, plastik əməliyyat...
Azərbaycan sənət aləmində maraqlı bir deyim var: incəsənət qurban tələb edir. Yaşından, başından, düşüncəsindən və milliyətindən asılı olaraq, bizim sənət adamlarımız cümləni müxtəlif mənalara yozub həyata keçirir. Kimi üçün boşanma kağızı, kimi üçün də qaşından, gözündən, burnundan keçib əməliyyata yollanmaq qurban sayılır.
Bütün bu addımların sonunda isə bir məqsəd var: tamaşaçı sevgisi və onların zövqünü oxşamaq.
Lent.az-ın bugünkü sorğusu qismən də olsa həmin mövzuya yaxındır: “incəsənət adamları formada qalmaq üçün hansı üsullara əl atır?”
Dəfələrlə plastik cərrahiyyə əməliyyatından keçib, həyatını riskə atan xalq artisti Aygün Kazımova hazırda Moskvada həkim müayinəsindən keçib və həkim məsləhəti ilə xüsusi pəhriz saxlayır. Bu qidalar orqanizmin tələb etdiyi və müəyyən miqdar ərzaq məhsullardır: “Qida rasionunun içində hər şey var, hətta yağlar və digər məhsullar da yemək olar. Ən maraqlı hal odur ki, pəhriz dörd gün sonra təsirini göstərir. Pəhrzidə konservatdan, şokoladdan istifadə etmək qadağandır”. Müğənni periodik olaraq idmanla da məşğul olur, qaçış trenajorundan istifadə edir.
Çəkisi 48 kiloqram olan Azəri qızı Günel üçünsə olduqca bəsit şəkildə bədən formasında qalma üsulu var: “Sadəcə, az yemək yeyirəm. Hazırda 48 kiloyam. Özümə heç bir qadağa qoymamışam. Yeyirəm, sadəcə, az yeyirəm”.
Məşhur teleaparıcı Nərgiz Cəlilova isə illərdir efirdə eyni çəkidə görünür. Cəlilova formada qalmaq üçün böyük qurbanlar verdiyini düşünmür: “Mənim təbiətim belədir. Deyim ki, həmişə formama fikir verirəm?.. Allahın göndərdiyi fiziki bədəndir. Sadəcə, çox yeyən adam olmamışam. Evdə arabir idmanla məşğul oluram. Lakin idmanla məşğul olmaq üçün də böyük əmək sərf etmirəm. Hər bir orqanizmin uyacağı idman üsulları var. Qida rejimim sərbəstdir. Bir gündən bir olsa da, şirə içirəm. İdmandan yarım saat sonra yemək yeyirəm. Hər işi ovqatımı saxlayaraq edirəm. Bu məqamda özümü yaxşı hiss edirəm. Saat 6-dan sonra nədir, 8-9-dan sonra da yeyə bilərəm. Amma az yeyirəm. Bu, görünür, maddələr mübadiləsi ilə bağlıdır”.
Səhnənin simpatik meyxanaçısı Namiq Qaraçuxurlu da bəlli çəkidə görünmək üçün çalışırmış: “İl yarım, iki ilə yaxındır ki, idmanla məşğulam. Bacardığım qədər gecələr yemək yemirəm. Bir də çörək az yeyirəm. 81 kiloyam, əslinldə 2 kilo artmalıyam, 84 ya da 85 kio olmalıyam”.
Estradamızın nazik bədən ölçülü müğənnisi Röya isə kökəlməyə meyillidir: “Sadəcə, az yeməyə çalışıram, çünki kökəlməyə meyilliyəm”.
Röyadan fərqli olaraq dolu bədənli əməkdar artist Almaz Ələsgərli kökəlməyə meylli olduğunu bilə-bilə qarşısında şərt qoymur. Müğənni necə pəhriz saxladığına yumorla cavab verib: “Səhər yaxşı-yaxşı yeyirəm, “obed”də quzu kəsdirirəm, axşam dəniz qırağında yeyirəm. Bu da mənim pəhriz vasitəm. Ümumiyyətlə, nə arıqlamaq, nə kökəlmək. Necə varam, elə də qalmaq istəyirəm”.
Xalq artisti Faiq Ağayev də pəhrizdən istifadə edir.
Aparıcılar Elçin Əlibəyli, Dilarə Əliyeva və həyat yoldaşı Oqtay Əliyev məşhur klinikalardan birində həkim tövsiyəsi ilə arıqlayırlar.
Xalq artisti Brilliant Dadaşova idmanla və pəhrizlə çəkisini qoruyur.
Xalq artisti Firəngiz Mütəllimova isə Brilliant Dadaşovanın tövsiyələri ilə son günlərdəki çəkisini tamamlamağı bacarıb: “Brilliant Dadaşovanın məsləhətindən sonra özümə trenajor aldım. İndi televizora baxa–baxa idmanla məşğul oluram”.
Xalq artisti Nazpəri Dostəliyeva da pəhrizlə yaşayan və idmanla məşğul olanları sırasındadır: “Pəhrizdəyəm, aerobika ilə məşğulam. Özüm də çəkimin azaldığını his edirəm”.
Xalq artisti Nisə Qasımova və Rəqsanə isə ideal bədən formasına qovuşmaq üçün yaxın aylarda əməliyyatdan çıxıblar.
Lalə Yusifqızı

1514