“Uşaqlarda boy qısalığı problemi uzun illərdir dünyada olan problemdir. Hər kəs bilməlidir ki, boyun ölçüləri genetik mənşəlidir. Yəni qısa boy olan valideynlərin uşağının uca boylu olacağını gözləmək doğru deyil”. e-tibb.az-ın xəbərinə görə, bunu respublikanın baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, Yer kürəsinin cənubunda yaşayanlarda yetkinlik sürətlə inkişaf edir, ona görə də ucaboyluların sayı şimal bölgələri ilə müqayisədə daha azdır: “Şimalda yaşayan uşaqlarda yetkinlik gec başa çatır. Cinsi yetkinlikdən sonra bu proses ləngiyir. Uşaqlar doğulanda, hətta ana bətnində olanda onlara doğru qulluq edilmədikdə ümumi inkişafın geri qalması ilə bərabər boyun inkişafdan qalması da müşahidə olunur. Digər problem uşaqlarda endokrin sisteminin xəstəlikləri ilə bağlı olur. Qalxanvari vəzinin endokrin pozulmaları zamanı da boyun inkişafında problemlər olur. Hər kəs bilməlidir ki, ananın, ətrafındakı insanların uşağa diqqət və qayğısı lazımdır. Əgər ana uşağı dünyaya gətirib ona süd vermirsə, uşağın boyunda problem olursa, onda günah valideyndədir”.
Boy qısalığının səbəbləri
1172