Milçək və ağcaqanadlar yayın ən çox narahatedici problemlərindən biridir. Onların bir qismi insanlarla eyni qidalardan istifadə edir. Üzərinə milçək qonmuş qidanı bəziləri ən sevimli yeməkləri olsa belə yemir, bəziləri isə, ümumiyyətlə, buna fikir vermir. Bəs görəsən bu kiçik canlılar qidalarımıza toxunduqda nə baş verir?
Lent.az xarici KİV-ə istinadla üzərinə milçək toxunan qidadan istfadə edilərsə nə baş verə biləcəyini sizə təqdim edir.
Milçəklər yeməyinizə qusa bilərlər. Ağcaqanadların dişləri olmadığı üçün burunlarına bənzər ağızlarından bir az tüpürcək çıxarıb qidanın üzərinə tökürlər. Beləliklə, hər hansı bir yeməyi ağızlarının formasına görə maye halına gətirərək udurlar. Bunu etmək üçün daha əvvəl yedikləri bir şeyi öz tüpürcəkləri ilə qidalarının üzərinə qusurlar.
Yeməyinizə sürfələr qoya bilərlər. Sizin ləzzətlə yediyiniz yemək milçək sürfəsi üçün ideal yuva ola bilər. Bu səbəbdən də daha sonra yeməyi nəzərdə tutduğunuz qidaların üzərini bağlamağı unutmayın.
Qidanıza toxunan milçəyin ayaqları və qanadları yeməyi bakteriya yuvasına çevirə bilər. Bir milçəyin içi kimi çölü də bakteriyalarla doludur. Ona görə də bu canlılar toxunduqları səthi asanlıqla infeksiyaya yoluxdurma potensialına malikdirlər.
Milçəklər sadəcə zibil və yeməyə toxunmaqla insanları ən az 65 fərqli xəstəliyə yoluxdura bilərlər. Üstəlik onlar insanlarla yanaşı toyuq, inək və bu kimi digər heyvanlara da xəstəlik keçirir.
Mütəxəssislər söyləyir ki, milçəklər hamam böcəyindən daha təhlükəlidir. Siz üzərinə milçək qonmuş yeməyi yesəniz, yüksək hərarət, baş gicəllənmə, ürək bulanma, qusma, izhal kimi bir çox narahatlıqlarla qarşılaşa bilərsiniz.
Sidney Universitetinin tədqiqatçılarına görə, şəhərdəki milçəklər kəndlərdəkilərdən daha gigiyenikdir. Çünki kənd yerlərində milçəklər, heyvan tullantıları və buna bənzər maddələr ilə daha asan qarşılaşa bilir.
Əgər siz yaşadığınız bölgədə hər gün milçəklərlə qarşılaşırsınızsa bu zaman təşvişə düşməyə ehtiyac yoxdur. Çünki insan orqanizmi hər gün qarşılaşdığı bəzi zərərli mikroblarla mübarizədə olduqca güclüdür.
Banu