Şokoladdan hazırlanmış paltarlarla podiuma çıxdılar
18 fevral 2020 12:39 (UTC +04:00)

Şokoladdan hazırlanmış paltarlarla podiuma çıxdılar

Almaniyanın məşhur şokolad istehsalçısı Lambertz-in Kölndə "50-ci ISM Beynəlxalq qənnadı və biskvit sərgisi" çərçivəsində "Vəhşi şokolad" adı ilə təşkil etdiyi defiləni təxminən 800 nəfər izləyib.

Moda nümayişini izləyənlər arasında Hollivud ulduzu Matt Dillon, Oscar və Qızıl Kürə mükafatlı Patricia Arquette, Faye Dunaway və Nastassia Kinski, Amerikalı top model Jeremy Meeks kimi şöhrətli simalar iştirak edib.

Türk saç stilisti Sərdal Bəngi tərəfindən hazırlanan saç düzümü və şokoladdan hazırlanan geyimlər ilə səhnəyə çıxan modellər, şounun sonunda tamaşaçılar tərəfindən ayaqda alqışlandılar.

Tədbirdə mini konsertlər, rəqs və işıq şouları da təqdim edildi.

(TRT)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3779
avatar

Oxşar yazılar