Evdə qalanlar nəcə qidalanmalıdır? -  Həkim-dietoloq danışır
29 mart 2020 15:21 (UTC +04:00)

Evdə qalanlar nəcə qidalanmalıdır? - Həkim-dietoloq danışır

Dünyada insanların sağlamlığını təhdid edən yeni növ koronavirusdan qorunmaq hazırda ən aktual məsələlərdən biridir. Virusdan qorunmaq üçün sosial təcridlə yanaşı, düzgün qidalanmaq da vacibdir.

Lent.az mövzunun aktuallığını nəzərə alaraq diet barədə kitabların müəllifi, tanınmış həkim - dietoloq Leyla Zülfüqarlıdan bu günlərdə doğru bəslənmənin bəzi məqamlarını öyrənib.

Həkim bildirib ki, bizim qidalanmağımız virusdan qorunmaqda çox böyük rol oynayır. Onun sözlərinə görə, vitamin C, mineral sink tərkibli qidalar bol qəbul edilməlidir: "C vitamini və mineral sink tərkibli qidalarla yanaşı, vitamin D-də normada olmalıdır. Təəssüf ki, bizim ölkədə çox insanlarda vitamin D çatışmazlığı olur. Bu halda isə bizim immun sistemi güclü sayılmır. Oturaq həyat tərzi orqanlarda durğunluq yaradır ki, bu da immuniteti zəiflədir. Ona görə də evdə oturan insanlar tez -tez evin havasını dəyişsin, müəyyən hərəkətlər etsinlər". Dietoloq deyir ki, sink qidalarla alınsa daha yaxşı olar: "Bütün balıq məhsullarında sink var. Həftədə iki dəfə balıq yeyilməsi faydalıdır. Qadınlar gün ərzində 8, kişilər 11 mq sink almalıdır. Eyni zamanda çərəzlərdən istifadə etmək olar. Amma çərəzləri qatmaq olmaz. Bir ovucdan artıq olmamaq şərtilə bir gün qoz, sabahı gün badam və s . yemək olar. Bundan başqa kök, bütün növ kələm, yaşıl bibərdən istifadə etmək lazımdır.

Bol boranı tumundan istifadə etsinlər. Bədənə 7 gün ərzində 500 mq C vitamini daxil olmalıdır". L.Zülfüqarlı bildirib ki, gün ərzində zəncəfil və limondan bol istifadə etmək də tövsiyə olunur: "Qaraçörək otu toxumu, yağı da immun sistemini gücləndirir. Gün ərzində zəncəfil və limon istifadə olunmalı, gündəlik normamız olan su içilməlidir. Göyərti də faydalıdır. Tək zəncəfil yox, süd qrupu qidalara da üstünlük verilməlidir. Kəsmik çox faydalıdır. Qatıq da həmçinin. Qatıq bağırsaqları təmizləyir. Bağırsaq təmiz olanda immun sistemi güclü olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar