"Zəng edib dedi ki, oğlunuzu öldürmüşəm, gəlin leşini aparın" - BAKIDA AİLƏ DRAMI
17 mart 2026 12:44 (UTC +04:00)

"Zəng edib dedi ki, oğlunuzu öldürmüşəm, gəlin leşini aparın" - BAKIDA AİLƏ DRAMI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid M.V hadisə baş verən gün işdə olduğunu deyib:

"Həmin gün bazar günü idi, işdən təzəcə evə qayıtmışdım. Əmim oğlu zəng elədi ki, qardaşına nəsə olub. Bu vaxt Nuranə zəng elədi dedi ki, oğlunuzu öldürmüşəm, gəlin itinizin leşini aparın. İndi növbə anan Rayanındır".

Şahid deyib ki, morqa getdik, ölümüzü götürüb dəfn elədik:

"Nuranə ilə Ədilin mübasibəti pis olub. Çox davakar, həyadan uzaq qadındır. Utanmadan ölmüş qardaşıma böhtan atır ki, guya onun qızına zorakılıq edib. O vaxt Nəcəf  kişi həbsdə idi. Nuranə Ədili hədələyirdi ki, atam içəridən çıxsın, sənin başını kəsəcəyik".

Növbəti proses martın 31-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 22-də Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Qəsəbə sakini Ədil Məhərrəmovun qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetiridiyi məlum olub.

Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham olunaraq istintaqa cəlb olunub.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar