Yeniyetmənin evinə basqın edən ata və oğlanları TUTULDU
07 aprel 2023 10:04 (UTC +04:00)

Yeniyetmənin evinə basqın edən ata və oğlanları TUTULDU

Goranboyda evə basqın edilməsi barədə xəbər vermişdik.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Xocalı rayon Polis Şöbəsinə Goranboy rayon Börü Qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib və silahlı şəxs tərk-silah edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, 61 yaşlı Mətləb Məmmədov, onun övladları 30 yaşlı Surət Məmmədov, 25 yaşlı əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 57 yaşlı Ş. Əliyeva 17 yaşlı A. Yunislinin evinə gələrək orada yeniyetmə və onun ailə üzvləri ilə münaqişə ediblər. Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb. Hadisə nəticəsində odlu silahdan deyil əlbəyaxa münaqişə nəticəsində bur neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb.

Faktla bağlı Xocalı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Mehman Nəbiyev

Oxşar yazılar