Leninqrad vilayətinin Qatçina rayon bələdiyyə işçisi qətlə yetirilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Drujnaya Qorka bələdiyyəsinin şəhərsalma, torpaq və əmlak münasibətləri şöbəsinin müdiri Vvedenski küçəsindəki evində ölü tapılıb. 60 yaşlı kişinin cəsədini həyat yoldaşı tapıb. O, çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Cinayətdə şübhəli bilinən şəxs öldürülən şəxsin uzun müddətdir ədavətli olduğu – torpaqla bağlı mübahisəli təqaüdçü olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müəyyən etdiyi kimi, şübhəli şəxs mayın 16-da günorta saatlarında bələdiyyəyə gələrək zərərçəkmişlə yenidən mübahisə edib. Daha sonra ilkin məlumatlara görə, o, mərhumun evində iş gününün sonuna qədər gözləyib və bıçaqla ona hücum edib. Bildirilir ki, elə həmin gecə təqaüdçü özü də yerli polis şöbəsinə gəlib.