Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 15-də saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünün başına yumruqla vuraraq saxlanc yerindəki 15 manat pulunu götürməsi və düşərək avtomobilə də ziyan vurması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan Əsgərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.