"Son zəng"də  qarşılıqsız sevdiyi qıza bıçaq çəkdi
23 may 2023 13:50 (UTC +04:00)

"Son zəng"də qarşılıqsız sevdiyi qıza bıçaq çəkdi

Volqoqrad vilayətində son zəng mərasimində qan tökülüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə İlov kəndindəki orta məktəbdə baş verib. Oğlan məzun sinif yoldaşının boğazını kəsmək istəyib. Araşdırmalar zamanı məlum olub ki, həmin oğlan boğazını kəsmək istədiyi qıza qarşılıqsız aşiq olub. 

Bildirilir ki, 17 yaşlı yeniyetmə sinif yoldaşına hisslərini etiraf etməkdən qorxub və digər həmyaşıdlarının qınağına məruz qalıb. Son zəng zamanı məzun sevgilisinin arxasında dayanıb və mahnının sonunda corabında gəzdirdiyi bıçağı çıxarıb. O, qızın saçından tutub boğazını kəsmək istəsə də, digər sinif yoldaşının vaxtında müdaxiləsi ilə onun qarşısı alınıb.

Təqsirləndirilən yeniyetmənin sakit və ünsiyyətsiz olduğu, üç-dörd qiymətləri ilə oxuduğu deyilir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2940
avatar

Oxşar yazılar