Rusiyada qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Moskva vilayətinin Borisoqlebsk şəhərində Sovetskaya küçəsində yerləşən yaşayış binasında baş verib.
İki dost birlikdə spirtli içki içiblər. Bu zaman 35 yaşlı qonaq qəfildən 46 yaşlı ev sahibinin sevgilisini təhqir edib. Qarşı tərəf cavabında yumruğu ilə rəqibinin üzünə bir neçə zərbə endirib və bıçaqla onun boynuna vurub.
Zərərçəkmiş yerindəcə dünyasını dəyişib. Hadisəni törədən isə meyiti mənzilindən çıxararaq qapının girişində qoyub.
Təqsirləndirilən şəxsin əvvəllər də mülkiyyət cinayətlərinə görə məhkum edildiyi bildirilir.