Şamaxıda AİLƏ DRAMI:  qayınatasını öldürdü  - YENİLƏNİB
30 iyun 2025 10:57 (UTC +04:00)

Şamaxıda AİLƏ DRAMI: qayınatasını öldürdü - YENİLƏNİB

İyunun 29-da Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***
10:10

Şamaxıda qətl hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində baş verib.

31 yaşlı Əliyev Teymur Vüqar oğlu ailə münasibətləri zəminində qayınatası 54 yaşlı Quliyev Elşen Seyfi oğluna bıçaqla xəsarət yetirib və ağır yaralayıb.

Yaralı təcili xəstəxanaya çatdırılsa da, onu xilas etmək olmayıb. T. Əliyev polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964

Oxşar yazılar