Yeni smartfon almısınız və onun batareyasının uzun müddət dayanacağını gözləyirsiniz, lakin artıq günorta olmamış enerji kritik səviyyəyə düşür?
Bunun səbəbi çox zaman nə batareya nasazlığı, nə də zavod qüsurudur.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, əsas səbəb – demək olar ki, görünməyən, amma batareyanı amansızca “soran” bir ayardır.
Söhbət fon rejimində geolokasiya (yer təyini) funksiyasının daimi işləməsindən gedir.
Problem nədədir?
Bir çox tətbiqlər - xəritələr, hava proqnozu, sosial şəbəkələr, oyunlar, banklar, onlayn mağazalar və s. geolokasiyaya daim giriş istəyir. Hətta bəziləri bu məlumata real ehtiyac duymasa belə, arxa planda vaxtaşırı GPS peykləri və ya mobil şəbəkə siqnalları ilə əlaqə saxlayaraq koordinatlarınızı yeniləyir. Bu isə çox yüksək enerji sərfiyyatına səbəb olur.
GPS çipi – telefonun ən çox enerji istehlak edən komponentlərindən biridir. Təsəvvür edin: onlarca tətbiq hər saatda bir neçə dəfə bu çipi bir neçə dəqiqəyə işə salır. Telefon "yuxuya gedə" bilmir.
Nəticə nədir?
Ekran sönülü olsa da, telefonunuz cibinizdə enerjini itirir.
Bu proses gizli baş verir – nə oyun, nə video, nə də işıqlı ekran var. Amma batareya səssizcə azalır.
Cihaz hətta isınmağa başlayır, çünki fon rejimində yorulmadan işləyir.
Nə etməli?
Bunu indi yoxlaya bilərsiniz:
Ayarlar → Yer təyini (Lokalizasiya) → Tətbiq icazələri (və ya cihazınızın sistemində oxşar menyu).
Burada tətbiqlərin siyahısını görəcəksiniz – kimisi "Həmişə", kimisi "İstifadə zamanı", kimisi isə "Heç vaxt" kimi işarələnib.
Əgər "Həmişə" seçimi olan tətbiqlərin sayı çoxdursa – bu, problemdir.
Həll yolu sadədir:
Siyahıdan keçin.
Yer təyininə ehtiyacı olmayan tətbiqlər üçün "Həmişə"ni dəyişin – "İstifadə zamanı" və ya "Heç vaxt" olaraq seçin.
"Həmişə" seçimini yalnız əslində ehtiyacı olan tətbiqlərə saxlayın – məsələn, naviqator və ya xüsusi marşrut izləmə tətbiqləri.
Nəticə sizi təəccübləndirəcək
Artıq bir gün sonra batareyanın daha uzun müddət dayandığını hiss edəcəksiniz. Telefon cibinizdə öz-özünə isinməyəcək, və şarj gözlədiyiniz kimi uzun çəkəcək.