Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI
30 iyun 2025 10:15 (UTC +04:00)

Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saat 1 radələrində Nizami rayonunda baş verib.

32 yaşlı Bərdə rayon sakini Behbudov Elvin Cahid oğlu birgə kirayə qaldıqları evdə həmyerlisi, 41 yaşlı Bayramov Mətləb Murğuz oğlunu bıçaqlayıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

İlkin əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən Elvin Behbudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar