Rusiya Türkiyədən  "Kor Hüseyni" </span > istəyir: Lotu Hikmətin  qardaşı oğluna...
06 mart 2023 14:52 (UTC +04:00)

Rusiya Türkiyədən "Kor Hüseyni" istəyir: Lotu Hikmətin qardaşı oğluna...

Rusiya hüquq-mühafizə orqanları bir neçə “qanuni oğru”nun ekstradisiyası üçün Türkiyəyə müraciət edib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Türkiyəyə göndərilən siyahıda Elgücə Turadze (Quca), Hüseyn Əhmədov (Kor Hüseyn), Vladimir Jurovskiy (Vova Puxlıy) və Otari Totoçiya (Batya) var. 

İlkin məlumata görə, adıçəkilən “qanuni oğru”lar bir müddət əvvəl saxlanılıblar. Amma bir müddət sonra Elgücə Turadze (Quca) sərbəst buraxılıb. 

Digərləri isə hələ də içəridədir. Adıçəkilənlərin arasında ən çox diqqət çəkən “Kor Hüseyn”dir. Çünki o, həmişə Rövşən Lənkəranski ilə yaxınlığı ilə seçilib. 

Onu hətta Lənkəranskinin varisi belə hesab edirdilər. Bəs kimdir “Kor Hüseyn”? 

Kor Hüseyn 1966-cı ildə Qroznıda anadan olub. “Qanuni oğru” titulunu “Belıy Lebed” adlanan təcridxanada alıb. 

Üst-üstə 14 il həbsdə olub. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib, 2017-ci ildə də qısa müddətli həbsdə olub. Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Azərbaycanlı qanuni oğrunun qətlindən sonra isə İstanbulu tərk edərək Qroznıya qayıdıb.

Bir müddət sonra isə yenidən İstanbula qayıdıb və Sabirabadlı Hikmətin (Hikmət Muxtarov) qardaşı oğlu Məmmədqulu Muxtarova "qanuni oğru" adı vermək üçün "sxodka" çağırıb. Amma bildirilirdi ki, o zaman Nadir Səlifov (Lotu Quli) “azərbaycanlı "qanuni oğrulara" mən ad verməliyəm” deyərək, "sxodka"ya müdaxilə edib.

Məlumdur ki, Lənkəranski kimi Kor Hüseyn də Qulinin düşmənlərindən sayılırdı.

# 3723
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar