Qısqanc kişi keçmiş arvadını güllələyib, intihara cəhd etdi
30 iyun 2023 20:04 (UTC +04:00)

Qısqanc kişi keçmiş arvadını güllələyib, intihara cəhd etdi

İquşetiyada kişi keçmiş arvadını güllələyərək, intihara cəhd edib.

Lent.az bu barədə “Mash Gor” teleqram kanalına istinadən xəbər verir.

Məlumata görə, yerli sakin Vaxa Qudantov keçmiş arvadı Lyudmilanı geri qaytarmağa çalışıb. Kişinin qısqanclığı ucbatından cütlük ayrılıb. Ancaq boşanmağa baxmayaraq, o, keçmiş həyat yoldaşını qısqanmağa davam edib və tez-tez iş yerində ona baş çəkib.

Növbəti səfər zamanı mübahisə yaranıb, nəticədə Vaxa travmatik tapança ilə Lyudmilanın başından atəş açıb və daha sonra intihara cəhd edib.

Hazırda hər iki reanimasiyadadır. Araşdırma aparılır.

# 2541
avatar

Oxşar yazılar