Qaxda kafedə QAN TÖKÜLDÜ:  keçmiş sevgilisini...
01 iyun 2023 11:12 (UTC +04:00)

Qaxda kafedə QAN TÖKÜLDÜ: keçmiş sevgilisini...

Qaxda keçmiş sevgililər arasında mübahisə olub.

Lent.az xəbər verir ki, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən keçmiş sevgilisi Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb. Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın isə mübahisə zəminində oğlana bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, daxil olmuş məlumatlar əsasında Qax rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb.

# 23013
avatar

Mehman Nəbiyev

Oxşar yazılar