Moskvada Podolski kursantları küçəsindəki mənzildə atışma olub.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, oğul ailə münaqişəsi zamanı anasını pnevmatik silahla vurub.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, onun ciddi xəsarəti yoxdur.
Hadisə yerində əməliyyat-istintaq qrupu araşdırma aparır.