Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində oğul anasını öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, aprelin 15-dən 16-a kimi sərxoş vəziyyətdə olan 45 yaşlı oğul şəxsi ədavət zəminində 63 yaşlı anası ilə mübahisə edərək, ona hücum edib. O, anasının bədəninə və başına ölümcül xəsarətlər yetirib. Qadının qabırğaları sınıb.
Faktla bağlı “qətl” maddəsilə cinayət işi başlanıb.