Nehrəmdə QƏTL:  17 yaşlı oğlanı...
06 yanvar 2023 20:09 (UTC +04:00)

Nehrəmdə QƏTL: 17 yaşlı oğlanı...

Yanvarın 6-sı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində 17 yaşlı  Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin həmyaşıdı olan həmkəndlisi Rəhman Süleymanovun  şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5382
avatar

Oxşar yazılar