Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə göndərilib. İş hakim Polad Həsənovun icraatına verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan edilib.
Xatırladaq ki, Naxçıvan MR-ın sabiq daxili işlər naziri Əhməd Əhmədov barəsində bu il martın əvvəlində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, 2017-ci ildə nazir vəzifəsindən azad edilib